Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    5 Noyabr 2025 16:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan, Finlandiyada keçirdiyi rəsmi görüşlərdən sonra həmkarı Elina Valtonen ilə birgə mətbuat konfransı keçirib.

    AzerVoice xəbər verir ki, Fidan bildirib ki, Qəzzaya humanitar yardımların girişi hələ də kifayət qədər deyil və bu istiqamətdə tədbirlərin daha səmərəli hala gətirilməsi üçün işlər davam edir. Nazir əlavə edib ki, Türkiyə atəşkəsin qorunması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib.

    Hakan Fidan həmçinin qeyd edib ki, Türkiyə Avropa İttifaqının müdafiə təşəbbüslərinə daxil edilməlidir, çünki bu, həm Türkiyə, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır.

    “Avropa Birliyinin Türkiyəsiz, Türkiyənin də Avropa Birliyisiz natamam olduğunu düşünürük. Bu münasibətləri irəli daşımaq üçün yeni bir mərhələyə qədəm qoyduğumuzu görürəm.” - deyə Fidan qeyd edib.

    Finlandiya xarici işlər naziri Elina Valtonen də çıxışında Türkiyənin gələcəkdə Avropa İttifaqına üzvlüyünə müsbət yanaşdıqlarını bildirib.

    O vurğulayıb ki, Aİ-nin Türkiyə ilə münasibətlərini yenidən dəyərləndirməsi vacibdir və “siyasi iradə olduqca digər prosedurlar zamanla həll olunacaq”.

    Fidan, Finlandiyanın Fələstini dövlət kimi tanımaması ilə bağlı sualı cavablandırıb.

    “Finlandiyanın Fələstini dövlət kimi tanımasını istərdim. Hazırda 150-dən çox ölkə Fələstini tanıyıb. Əminəm ki, Finlandiyanın öz səbəbləri var, amma iki dövlətli həll və atəşkəsə verdiyi dəstəyi bizim üçün önəmlidir.” - deyə Fidan qeyd edib.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Hakan Fidan #Avropa İttifaqı (Aİ) #Türkiyə XİN #Finlandiya #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    16 İyul 2026 17:27

    Qəzzadan onlarla xəstə müalicə üçün xaricə təxliyə olunub

    16 İyul 2026 17:10

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    15 İyul 2026 21:15
    XƏBƏR LENTİ

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    İranın hücumları Hörmüz boğazında sabitlik bərpa olunana qədər davam edəcək - SEPAH komandanı

    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb

    Hörmüz boğazı və Qırmızı dənizlə bağlı risklər neft qiymətlərini yüksəldib

    Oman sahilləri yaxınlığında ticarət gəmisi ilə bağlı insident araşdırılır

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    Tehranın cümə imamı hansı qisas çağırışını edib?

    ABŞ Çabahar limanındakı dəniz nəqliyyatına nəzarət qülləsini məhv edib - İran

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.