#zəlzələ qorxusu

İndoneziyanın Sumatra adası sahillərində 6,6 bal gücündə zəlzələ baş verdiyi bildirilib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin məlumatına görə, İndoneziyada 6,6 gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin Sumatra adası açıqlarında meydana gəldiyi qeyd olunub.

Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Türkiyədə Ağdənizdə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ağdənizdə yerli vaxtla saat 12:27-da (Bakı vaxtı ilə saat 13:27-da) baş verib. Yeraltı təkanların ocağı 24 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Yaponiyanın Iwate əyalətində 6,8 bal gücündə zəlzələ baş verib və ölkənin şimal-şərqində kiçik miqyaslı tsunami müşahidə olunub. Kyodo News-in Yapon Meteorologiya Agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələdən sonra tsunami barədə xəbərdarlıq elan edilib və Iwate əyalətinin sahil bölgələrində təxliyə çağırışı edilib.

Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə azı 9 nəfər həyatını itirib. Zəlzələ anları isə təhlükəsizlik kameralarına əks olunub. Əfqanıstan Milli Fəlakət İdarəetmə Agentliyinin açıqlamasında zəlzələnin episentrinin ölkənin şimalında yerləşən Samangan vilayəti olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 9 nəfər həlak olub, 143 nəfər yaralanıb. Rayonlarda dağıntıların qiymətləndirilməsi davam edir, zəlzələ anlarını əks etdirən görüntülər isə sosial mediada paylaşılıb.

Sındırğıda baş verən zəlzələdən sonra aparılan zərər müəyyənləşdirmə işləri başa çatıb. Ümumilikdə 607-si yaşayış evi, 93-ü isə iş yeri olmaqla 760 müstəqil bölmənin zərər gördüyü müəyyən edilib. Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bildirib ki, Sındırğı zəlzələsindən sonra bütün binalar yenidən yoxlanılıb və 32 min müstəqil bölməni əhatə edən zərər müəyyənləşdirmə işləri tamamlanıb.

Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb. Qeyd edək ki, 27 oktyabrda Balıkesirde Sındırgı mərkəzli 6,1 bal gücündə zəlzələ baş vermiş, bu zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunmuşdu. Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya zəlzələdən sonra bildirib ki, ölüm halı qeydə alınmayıb, lakin istifadəsiz 3 bina və 1 dükan dağılıb. Tədbir məqsədilə Balıkesir şəhərində bütün məktəblər bir gün bağlanıb.

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, saat 10:10-da baş verən yeraltı təkanların dərinliyi 6,22 kilometr olub. Son günlər bölgədə bir neçə dəfə zəlzələlər baş verdiyi üçün Sındırgı hələ də silkələnməyə davam edir.

İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına əsasən, zəlzələnin episentri Abepura bölgəsindən təxminən 200 kilometr qərbdə olub. Yerli vaxtla saat 14:48-də qeydə alınan təkan 70,1 kilometr dərinlikdə meydana gəlib.

Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb. Yerlatı təkanların ocağı 10,33 kilometr dərinlikdə yerləşib.

Filipinlərin Palompon bölgəsinin qərbində, 30 sentyabrda baş verən 6,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 72-yə çatıb. Palomponun qərbində və Cebu əyalətinin sahilində baş verən zəlzələdən sonra itkilər artmaqda davam edir. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasından (NDRRMC) verilən açıqlamada, 6,9 bal gücündə zəlzələdə ölənlərin sayının 72-yə yüksəldiyi bildirilib.

Kütahya şəhərinin Simva rayonunda 3,6 və 4 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Kütahya şəhərində yerli vaxtla saat 19:09 (Bakı vaxtı ilə saat 20:09-da) baş verib. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib. AFAD-ın paylaşdığı digər məlumata əsasən, yerli vaxtla saat 19:43 (Bakı vaxtı ilə saat 20:43da) baş verən ikinci zəlzələnin dərinliyi 11.91 km olub. Qeyd edək ki, bu gün Simavda qeydə alınan 5.4 bal gücündəki zəlzələdən sonra bölgədə artçı təkanlar davam edir.