#zəlzələ qorxusu

Malatya şəhərinin Pütürgə rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Cənubi Amerika ölkəsi Venesuelanın şimal-qərbində 6,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) zəlzələnin episentrinin Venesuelanın Zulia əyalətinə bağlı Mene Grande qəsəbəsi olduğunu açıqlayıb. Yer səthindən 7,8 kilometr dərinlikdə baş verən 6,2 bal gücündəki zəlzələ Venesuelanın böyük hissəsində və Kolumbiyanın sərhəd bölgələrində hiss olunub. Zəlzələdən sonra hələlik insan tələfatı və maddi zərər barədə açıqlama verilməyib.

Türkiyənin Konya vilayətində 4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Konya vilayətində yerli vaxtla saat 09:03-da (Bakı vaxtı ilə saat 10:03-da) baş verib. Yeraltı təkanların ocağı 9,24 kilometr dərinlikdə yerləşib.. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Rusiyanın şərqində yerləşən Kamçatka Yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzindən (USGS) verilən açıqlamaya görə, zəlzələnin episentri yarımadadakı Petropavlovsk-Kamçatskiy şəhərinin 111 kilometr şərqində yerləşib. Açıqlamada bildirilib ki, zəlzələ 39,5 kilometr dərinlikdə qeydə alınıb və onun gücü 7,4 bal təşkil edib.

Birləşmiş Millətlər Təşkilatı Qaçqınların Ali Komissarlığının (BMMYK) Əfqanıstan nümayəndəsi Arafat Camal ilin əvvəlindən bəri təxminən 2,6 milyon Əfqanistan vətəndaşının qonşu ölkələrdən geri qayıtdığını bildirib. BMMYK-nın Əfqanıstan nümayəndəsi Arafat Camal Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn qatılaraq vəziyyəti qiymətləndirib.

Türkiyənin Ankara vilayətində 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ankara vilayətinin Kalecik rayonunda yerli vaxtla saat 20:28-də (Bakı vaxtı ilə saat 21:28-də) baş verib. Yeraltı təkanların ocağı 8,6 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Ankara vilayətində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 08:24-də (Bakı vaxtı ilə saat 09:24-də) baş verib. Yerlatı təkanların ocağı 11,08 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Türkiyənin Balıkesir vilayətində 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saatv 21:14-də (Bakı vaxtı ilə saat 22:14-də) baş verib. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib

Türkiyədə Balıkəsirdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Bugün yerli vaxtla saat 11:52 radələrində Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdə hazırda hər hansl bir itkinin olub-olmadığı barədə məlumat verilmir. Yerli qurumlar və AFAD vəziyyəti izləyir. Qeyd edək ki, 10 avqustda Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində 31 avqust bazar gecəsi baş verən 6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 205-ə yüksəlib. ToloNewsun Əfqanıstanın müvəqqəti hökumətinin sözçü müavini Həmdullah Fitratın açıqlamasına istinadən verdiyi xəbərə görə, Kunar vilayətində baş verən zəlzələ ilə bağlı ölən və yaralananların son sayı açıqlanıb. Buna əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 2 min 205-ə, yaralananların sayı isə 3 min 640-a çatıb.

Suriyanın Həsəkə şəhərində səhər saat 5:30-da 4,3 bal gücündə zəlzələ baş verib. Fövqəladə Hallar və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, zəlzələnin episentri Suriyanın Hasəkə şəhərində olmaqla, 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Mardinin Nusaybin rayonundan 95,42 kilometr aralıda olan zəlzələnin 19 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.