#2026 Dünya Çempionatı: İran millisinin iştirakı müzakirə olunur

FIFA rəsmiləri Iranın Dünya Kubokundakı iştirakı ilə bağlı İran Futbol Federasiyasının nümayəndələri ilə görüş keçirəcək. Görüşün əsas məqsədi İran millisinin turnirdə iştirak imkanları ilə bağlı narahatlıqları aradan qaldırmaq və federasiyaya təminat verməkdir.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü zamanı İran millisinin 2026-cı il dünya çempionatında iştirakının mümkünlüyünü müzakirə etdiyini bildirib. İnfantino sosial şəbəkə hesabında yazıb ki, ABŞ prezidenti ilə keçirilən görüşdə turnirin hazırlıq məsələləri müzakirə olunub və Tramp İran millisinin ABŞ-də keçiriləcək turnirdə iştirakına müsbət yanaşdığını bildirib.