Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Hüquq Bələdçisi - Mediasiyanın hüquqi əhəmiyyəti

    20 Yanvar 2026 09:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hüquq Bələdçisi - Mediasiyanın hüquqi əhəmiyyəti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    AzerVoice-nin təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin hüquqi tərəfləri, könüllülük prinsipi və tərəflərin bərabərliyi barədə sualları cavablandırıb.

    AzerVoice saytına istinadən Hümmət Əliyevlə aparılan söhbətin növbəti hissəsini təqdim edirik:

    Mediasiya qanunla tənzimlənən hüquqi mexanizmdir

    Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.

    Hüquq Bələdçisi - 2025-ci ildə mediasiya sahəsində irəliləyişlər

    OXU

    Könüllülük mediasiyanın təməl daşıdır

    Mediasiya prosesinin əsasını könüllülük prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər mediasiyaya öz istəkləri ilə müraciət edir və prosesin istənilən mərhələsində onu dayandırmaq hüququna malikdirlər. Mediator vurğulayır ki, heç bir tərəf razılaşmaya məcbur edilmir və əldə olunan nəticə yalnız tərəflərin sərbəst iradəsinə əsaslanır.

    Tərəflərin hüquqları bərabərlik və məxfiliklə qorunur

    Mediasiya prosesində vətəndaşların hüquqları bir neçə mexanizmlə qorunur. Mediatorun bitərəf və müstəqil mövqeyi burada ən vacib amildir. Müzakirələr məxfi şəkildə aparılır və hər iki tərəfə bərabər söz haqqı tanınır. Tərəflərin sosial statusundan, vəzifəsindən və ya hüquqi bilik səviyyəsindən asılı olmayaraq prosesdə eyni imkanlara malik olması bərabərlik prinsipinin əsasını təşkil edir. Mediator bu balansın qorunmasına nəzarət edir və heç bir tərəfin üstün mövqedə olmasına yol vermir.

    Mediasiya məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır

    Hüquqi baxımdan mediasiya məhkəməni, hakimi və ya rəsmi qərarvermə səlahiyyətini əvəz etmir. Mediator qərar qəbul edən şəxs deyil, sadəcə tərəflərə ortaq məxrəcə gəlməkdə kömək edən tərəfdaşdır. Əgər mediasiya nəticəsində razılaşma əldə olunmazsa, tərəflərin məhkəməyə müraciət etmək hüququ tam şəkildə saxlanılır. Bu baxımdan mediasiya məhkəməni tamamlayan daha çevik və səmərəli bir vasitədir.

    Qeyd: Mediasiya mübahisələrin daha sürətli, qarşıdurmasız və sivil dialoq yolu ilə həllinə imkan yaradan müasir hüquqi mexanizm kimi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
    "İlqaroğlu" Business Center, II mərtəbə.
    Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
    E/ünvan: [email protected]

    Şabran ofisi:
    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
    Tel.mob: (+994) 77 588.77.44

    Mediasiya nədir və hüquqi əhəmiyyəti nədən ibarətdir

    Legal Importance of Mediation in Azerbaijan - Expert Law Guide

    Azerbaycan'da Arabuluculuk ve Hukuki Önemi - Uzman Rehber

    Правовое значение медиации в Азербайджане - Юридический гид

    أهمية الوساطة القانونية في أذربيجان - دليل الخبراء

    Hümmət Əliyev mediator Quba mediasiya təşkilatı

    mediasiya qanunu 2026

    yuxu yozma deyil huquqdur

    Azərbaycanda mediasiya qanunu və mediator xidmətləri

    Quba Şabran mediasiya ofisi ünvanı və telefonu

    Legal Mediation Services in Azerbaijan Baku Guba

    Azerbaycan hukuk sistemi ve arabuluculuk süreci

    Закон о медиации в Азербайджане и услуги медиатора

    mediasiya prosesi nece aparilir

    huquqsunas mesleheti azerbaycan

    mediasiya müqaviləsi nümunəsi

    #Hümmət Əliyev #Mediasiya Təşkilatı #Mediasiya Şurası #Quba 1 saylı Mediasiya Təşkilatı #MediasiyaŞurasıə #Quba Mediasiya #mediasiya nədir #mediasiya prosesi #mediasiyanın hüquqi qüvvəsi #Vəkillərin Mediasiya Prosesi #Mediasiya və məhkəmə prosesi arasındakı fərqlər #Mediasiyada qarşılıqlı razılıq #Ədliyyə sistemində mediasiya rolu #Onlayn mediasiya #Azərbaycan mediasiya sistemi #ABŞ mediasiya təcrübəsi #Yaponiyada mediasiya #Dövlət sektorunda mediasiya #Mediasiya təcrübəsi #Mediasiya institutunun təbliği #Mediasiyanın üstünlükləri #Regionlarda mediasiyanın inkişafı #Hüquq və mediasiya #Mediasiya təlim proqramları #Mediasiya institutları #Regional mediasiya təşkilatları #Hüquq Bələdçisi: Mediasiya prosesi məhkəməni əvəz edir #yoxsa tamamlayır? #Mediator Hümmət Əliyev: Mediasiya tərəflərə bərabər söz haqqı tanıyan hüquqi mexanizmdir #Məhkəməyə getmədən mübahisəni necə həll etməli? - Mediasiyanın üstünlükləri #Müasir hüquqi həll yolu: Mediasiyanın cəmiyyət üçün əhəmiyyəti #Hüquq Bələdçisi: Mediasiya prosesinin gizli tərəfləri və məxfiliyi #Quba və Şabranda mediasiya xidmətləri: Hüquqi mübahisələrin sivil həlli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mediator özünü necə inkişaf etdirməlidir?

    31 Avqust 2026 10:40

    Sertifikat mediator üçün nə deməkdir?

    25 Avqust 2026 12:49

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Mediasiya məhkəməni əvəz edirmi?

    10 Avqust 2026 11:58

    Dövlət mediasiya sistemində hansı rola malikdir?

    4 Avqust 2026 12:04

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    27 İyul 2026 13:05

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39

    Sinqapur Konvensiyasının məqsədi nədir?

    29 İyun 2026 13:04

    Transsərhəd mediasiya: beynəlxalq mübahisələrin sülh yolu ilə həllində effektiv mexanizm

    22 İyun 2026 11:42

    Rəqəmsal mübahisələr: yeni dövrün hüquqi çağırışları və mediasiyanın rolu

    16 İyun 2026 11:12
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.