#Regionlarda mediasiyanın inkişafı

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Etik davranış qaydaları mediatorun fəaliyyət çərçivəsini müəyyən edir. Bu qaydalar mediatorun müstəqilliyini, qərəzsizliyini, məxfiliyə riayət etməsini, tərəflərə bərabər yanaşmasını və peşəkar məsuliyyətini tənzimləyir.Mediator yalnız hüquqi biliklərlə deyil, yüksək etik standartlarla da silahlanmalıdır. Çünki mediasiya prosesi tərəflərin etimadı üzərində qurulur. Əgər etik prinsiplər qorunmursa, prosesin mahiyyəti zədələnir.

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Hümmət Əliyevin sözlərinə görə, mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mübahisə tərəflərinə könüllü razılıq əldə etməyə kömək edən müstəqil və qərəzsiz şəxsdir.

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Mediasiya prosesinin mərkəzində mediator və mübahisə tərəfləri dayanır. Məhz bu üçlük prosesin əsasını təşkil edir. Zərurət yarandıqda tərəflərin nümayəndələri, vəkillər və ya müvafiq sahə üzrə mütəxəssislər də prosesə cəlb oluna bilər. Əsas məqsəd isə tərəfləri eyni masa arxasında anlaşmaya gətirməkdir.

Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.

Regionlarda mediasiya institutunun geniş təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə Quba 1 saylı MT direktoru, hüquqşünas mediator Hümmət Əliyev növbəti maarifləndirici görüşünü Xaçmaz şəhərində keçirib. Tədbir Xaçmaz rayon Vəkil Bürosunda təşkil olunub və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüş zamanı mediasiya sahəsində aktual yeniliklər, tətbiq mexanizmləri, mediator-vəkil əməkdaşlığının əhəmiyyəti və mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında rolu ilə bağlı geniş müzakirələr aparılıb. Hümmət Əliyev regionlarda mediasiyanın inkişafının tərəflər arasında daşınmaz hüquq münasibətlərinin daha səmərəli həllinə şərait yaratdığını qeyd edib.