Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri layihəsi üzrə danışıqlarda yeni mərhələyə keçilib. Layihənin Əfqanıstan ərazisindən keçən hissəsi üçün torpaq məsələlərinin həlli istiqamətində razılaşmalar əldə olunub.
Digər Xəbərlər
NATO, ABŞ Prezidenti Donald Trampın müttəfiqlərin Hörmüz boğazının təhlükəsizliyini təmin etməməsinin "Alyansın gələcəyi üçün çox pis" olacağı barədə xəbərdarlığından sonra rəsmi mövqeyini açıqlayıb. Adının açıqlanmasını istəməyən NATO rəsmisi bildirib ki, müttəfiqlər Şərqi Aralıq dənizində əlavə təhlükəsizliyi təmin etmək üçün artıq konkret addımlar atıblar. Bu addımlar regionda artan gərginlik fonunda dəniz nəqliyyatının və strateji su yollarının qorunmasına yönəlib.
Çin hökuməti ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə qurmağı planlaşdırdığı beynəlxalq hərbi koalisiyaya qoşulmaq məsələsində tərəddüd etdiyinə dair işarələr verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sien Pekində keçirilən brifinqdə rəsmi Pekinin bu koalisiyaya dəvət alıb-almadığı və boğaza hərbi gəmilər göndərib-göndərməyəcəyi ilə bağlı suallardan yayınıb. Sözçü Hörmüz boğazındakı gərginliyin qlobal enerji və mal tədarükünə mənfi təsir göstərdiyini bildirərək, bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və eskalasiyadan qaçmağa çağırıb.
ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CBS News" telekanalına verdiyi müsahibədə Donald Tramp administrasiyasının İrana qarşı başlatdığı hərbi əməliyyatların maliyyə yükünü açıqlayıb. Hassettin sözlərinə görə, hücumların başladığı gündən bəri ABŞ-ın hərbi xərcləri 12 milyard dolları ötüb. O, ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət qədər olduğunu və bu mərhələdə Konqresdən əlavə büdcə tələb etməyi planlaşdırmadıqlarını bildirib.
ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı həftəsonu tətilindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və Yaxın Şərqdəki son hadisələrlə bağlı mühüm iddialar irəli sürüb. Tramp İranın "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısını vurduğuna dair xəbərləri qətiyyətlə təkzib edərək, bu iddiaları yalan adlandırıb. "Dünyanın ən böyük gəmilərindən biri olan bu gəmiyə əsla hücum edilməyib, o heç vaxt yanmayıb," diqqətə çatdıran Prezident, sosial mediada yayılan yanğın görüntülərinin saxta olduğunu və reallığı əks etdirmədiyini vurğulayıb.
ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı hücumlara başlamasından sonra region üzrə ölənlərin sayı ilə bağlı məlumatlar açıqlanıb. Məlumata görə, müxtəlif ölkələrdə ümumilikdə yüzlərlə insan həyatını itirib. Ölənlərin ölkələr üzrə bölgüsü belədir:
"New York Academy of Art" yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunarkən həbsdə ölü tapılan Cefri Epşteyn tərəfindən edilən ianələri insan alverinin qurbanı olan uşaqlara dəstək göstərən bir quruma köçürəcəyini açıqlayıb.
Şimali Koreyanın ard-arda həyata keçirdiyi raket sınaqları regionda gərginliyi yenidən artırıb. Cənubi Koreya və Yaponiya rəsmiləri Pxenyanın Yaponiya dənizi (Şərq dənizi) istiqamətinə çox sayda ballistik raket fırlatdığını elan ediblər. Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, Pxenyan yaxınlığındakı Sunan bölgəsindən təxminən 10 ədəd ballistik raket buraxılıb. Seul rəhbərliyi növbəti raket sınaqları ehtimalına qarşı ordunun tam hazır vəziyyətə gətirildiyini və hadisə ilə bağlı təfərrüatların ABŞ və Yaponiya tərəfi ilə paylaşıldığını bildirib.
İranın Mərkəzi əyalətində yerləşən yaşayış məntəqəsinə ABŞ və İsrail qüvvələri tərəfindən hava zərbəsi endirilib. İran dövlət televiziyasının yaydığı məlumata görə, hücum əyalətin Hizab kəndini hədəf alıb. Hadisə zamanı kənddəki evlərdən birinə birbaşa mərmi düşməsi nəticəsində dağıntılar yaranıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin izlənildiyi bildirilir.
İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hava bazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji texnikalara ciddi ziyan dəyib. "Wall Street Journal" (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, son günlərdə həyata keçirilən hücumlar zamanı ABŞ-a məxsus 5 yanacaqdoldurma təyyarəsi uçuş zolağında olarkən zərbələrə məruz qalıb. Bildirilir ki, hadisə zamanı can itkisi olmasa da, təyyarələr tamamilə məhv edilməyib, lakin ciddi zədələnib. Hazırda həmin təyyarələrin təmiri istiqamətində işlər aparılır.
İranın cənub-şərqində yerləşən Kerman vilayətinin təhlükəsizlik qüvvələri ölkədə sabitliyi pozmağa və kütləvi iğtişaşlar törətməyə cəhd edən mütəşəkkil qrupun ifşa olunduğunu bildirib. Kerman vilayətinin səlahiyyətli orqanlarının yaydığı rəsmi bəyanatda qeyd olunur ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Saxlanılan şəxslər dövlət təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərdə, qanunsuz yığıncaqlar təşkil etməkdə və ölkə daxilində xaos yaratmaq üçün gizli planlar hazırlamaqda ittiham olunurlar.
ABŞ Prezidenti Donald Tramp Tehranın gəmilərin Hörmüz boğazından keçidinə mane olmağa davam edəcəyi təqdirdə İranın Xark adasındakı neft infrastrukturuna hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib. Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın xam neft ixracının təxminən 90 faizini idarə edən adadakı "hər bir hərbi hədəfi tamamilə məhv edib".