Digər Xəbərlər

Fransanın Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian çərşənbə günü verdiyi bəyanatda bildirib ki, İsrailin şiddətli hücumları davam etdiyi bir vaxtda Livan hökumətindən İran tərəfindən dəstəklənən Hizbullahı tərksilah etməsini tələb etmək məntiqsizdir. O, böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayıb. Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumlarında 900-dən çox insan həlak olub.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri 19 mart tarixində Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək Yaxın Şərqdə artan gərginliyi, İrana qarşı hərbi hücumları və bu hadisələrin enerji qiymətləri ilə enerji təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. Aİ Şurasının sədri Antonio Kostanın rəhbərlik edəcəyi sammitdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edəcək.

İndoneziya Prezidentinin sözçüsü Prasetyo Hadi Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Qəzzaya əsgər yerləşdirmə planının dondurulduğunu açıqlayıb. "Antara" agentliyinin məlumatına görə, paytaxt Cakartada jurnalistlərə açıqlama verən Hadi hazırda hər şeyin gözləmə mövqeyində olduğunu və qərarın təxirə salınmasına əsas səbəb kimi bölgədəki hərbi eskalasiyanı göstərib.

İranla bağlı qarşıdurma fonunda dövlətlə əlaqəli və aktivist haker qruplar ABŞ və İsrailə qarşı genişmiqyaslı kiber hücumlar həyata keçirir. Məlumata görə, ABŞ-ın tibbi texnologiya şirkəti “Strayker”in qlobal şəbəkəsi kiber hücum nəticəsində zərər görüb. Hücumun İranla əlaqəli “Handala” qrupuna aid olduğu iddia edilir.

Polşa Baş naziri Donald Tusk ölkəsinin İranla davam edən münaqişəyə hərbi müdaxilə etməyəcəyini və bölgəyə əsgər göndərməyəcəyini açıqlayıb. Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Tusk bu bəyanatla ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı çağırışlarından sonra nazirlər kabinetinin iclasından əvvəl çıxış edib.

ABŞ-ın İranın Xarq adasına endirdiyi zərbənin səbəbləri regionda geniş müzakirə olunur. ABŞ tərəfi hücum zamanı İranın əsas neft obyektlərini hədəfə almayıb. Bununla belə, Xarq adasının ölkənin əsas neft ixrac terminalı olması səbəbindən bu əməliyyat Tehrana strateji xəbərdarlıq kimi qiymətləndirilir.

Əfqanıstan hökuməti Pakistanın paytaxt Kabildə narkotik asılılığından müalicə mərkəzinə hava zərbəsi endirdiyini, nəticədə ən azı 400 nəfərin həlak olduğunu bildirib. Pakistan tərəfi isə bu ittihamı rədd edərək, yalnız hərbi hədəfləri vurduğunu iddia edir. Əfqanıstan hökumət sözçüsünün müavini Həmdullah Fitrət "X" platformasında verdiyi açıqlamada, ötən gecə baş verən hava hücumunun "Ümid" adlı reabilitasiya mərkəzinin böyük hissəsini dağıtdığını qeyd edib. Məlumata görə, 400 ölü ilə yanaşı, 250-dən çox yaralı var. Xilasetmə qrupları hələ də dağıntılar altından cəsədləri çıxarmağa və binadakı yanğını söndürməyə çalışırlar.

İranın hərbi rəsmiləri Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən gərginlik fonunda bəyanatlarının tonunu kəskinləşdiriblər. İran hərbi sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin taleyinin sosial media platformalarında deyil, birbaşa döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb.

Kuba sahilində 5,8 ballıq güclü zəlzələ qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) tərəfindən verilən məlumata görə, yeraltı təkanların episentri ölkənin şərqində yerləşən Qvantanamo bölgəsinə tabe olan Maisi məntəqəsinin 49 kilometr cənub-qərb sahillərində yerləşib. Zəlzələnin ocağının yerin təxminən 11,6 kilometr dərinliyində olduğu müəyyən edilib. Təkanlar bölgədə qısa müddətli təşvişə səbəb olsa da, ilkin məlumatlara görə hadisə nəticəsində hər hansı can itkisi, yaralanma və ya ciddi maddi ziyan qeydə alınmayıb.

Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı Avropa üçün yalnız enerji təhlükəsizliyi deyil, həm də ərzaq istehsalı və qlobal ticarət baxımından həyati rol oynayır. Hörmüz boğazı dünya üzrə neft daşımalarının təxminən 20 faizinin həyata keçirildiyi əsas enerji arteriyasıdır və onun bağlanması qlobal bazarlarda ciddi sarsıntılar yaradır.

Qlobal enerji bazarlarında neft qiymətləri müharibələr, iqtisadi böhranlar və sürətli iqtisadi artım dövrləri ilə sıx bağlıdır. Qlobal əmtəə bazarlarında yaranan böyük tələbat, investorların xammal sektoruna yönəlməsi və inkişaf edən iqtisadiyyatların sürətli artımı həmin rekord qiymətin formalaşmasına səbəb olub.

Avropa Birliyi (AB) Komisyonu 2026-cı il üçün Fələstin, Livan, Suriya, İordaniya və Misirdəki humanitar böhranların aradan qaldırılması məqsədilə təxminən 458 milyon avro məbləğində yardım paketini təsdiqlədiyini açıqlayıb. Komissiyanın yazılı bəyanatında bəzi böyük donorların regiondan çəkilməsi və beynəlxalq humanitar hüququn ciddi təzyiq altında olması fonunda bu dəstəyin kritik əhəmiyyət kəsb etdiyi vurğulanıb. Yardım paketinin ən böyük hissəsi — 210 milyon avro Suriyadakı təcili müdaxilə və mühafizə tədbirlərinə yönəldiləcək.