Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    BMT komissiyası İsraildən Qəzza xəstəxanasının direktorunu azad etməyi tələb edib

    8 İyul 2026 19:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT komissiyası İsraildən Qəzza xəstəxanasının direktorunu azad etməyi tələb edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Birləşmiş Millətlər Təşkilatının komissiyası İsraildən Qəzzadakı Kamal Ədvan Xəstəxanasının direktoru Hüssam Əbu Səfiyyənin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.

    VOA xəbər verir ki, BMT-nin İşğal Altındakı Fələstin Əraziləri, o cümlədən Şərqi Qüds və İsraillə bağlı Müstəqil Beynəlxalq Araşdırma Komissiyası yaydığı bəyanatda Hüssam Əbu Səfiyyənin 2024-cü ilin dekabr ayından bəri İsrail tərəfindən saxlanıldığını bildirib. Komissiyanın qənaətinə görə, onun 19 aylıq həbs müddətində davamlı pis rəftara məruz qalması beynəlxalq hüquq baxımından cinayət hesab oluna biləcək əməllərə uyğun gəlir.

    Komissiya, həmçinin əsassız şəkildə saxlanılan digər fələstinli tibb işçilərinin də azad edilməsinə çağırıb. Bəyanatda qeyd olunub ki, tibb işçilərinə qarşı hərbi əməliyyatlar Qəzzanın səhiyyə sisteminin sıradan çıxarılmasına yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsi kimi qiymətləndirilib.

    Sənəddə tibbi müəssisələrin və səhiyyə işçilərinin hədəfə alınmasının müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı cinayəti kimi əvvəlki qiymətləndirmələrin bir daha təsdiqləndiyi vurğulanıb.

    Komissiya İsraili Hüssam Əbu Səfiyyəyə təcili və müstəqil tibbi yardım göstərməyə çağırıb.

    İsrail isə daha əvvəl tibb işçilərini və xəstəxanaları sistemli şəkildə hədəfə alması barədə ittihamları rədd edib və silahlı qrupların tibbi infrastrukturdan istifadə etdiyini iddia edib.

    Hüssam Əbu Səfiyyə 2024-cü il dekabrın 27-də Beyt Lahiyadakı xəstəxanaya keçirilən əməliyyat zamanı saxlanılıb və o vaxtdan bəri ittiham irəli sürülmədən və məhkəmə qərarı olmadan nəzarətdə saxlanılır.

    #Qəzza #İsrail #Fələstin #BMT #Şərqi Qüds #tibb işçiləri #Kamal Ədvan Xəstəxanası #Hüssam Əbu Səfiyyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    22 Avqust 2026 18:24

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.