Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İran atəşkəsi dəfələrlə pozub - Tramp

    21 Aprel 2026 17:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran atəşkəsi dəfələrlə pozub - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp sosial media hesabı vasitəsilə İranla bağlı kritik açıqlamalar verərək regionda gərginliyi yenidən artırıb.

    VOA xəbər verir ki, ABŞ və İran nümayəndə heyətlərinin qalıcı atəşkəs müzakirələri aparmaq üçün bu gün Pakistanın paytaxtı İslamabada səfər etməsi gözlənildiyi bir vaxtda, Tramp Tehran rəhbərliyini atəşkəs şərtlərinini dəfələrlə pozmaqda ittiham edib. Atəşkəs müddətini uzatmaq niyyətində olmadıqlarını vurğulayan ABŞ lideri, İranın başqa çıxış yolunun olmadığını və sonda çox yaxşı bir razılaşmanın əldə olunacağına inandığını bildirib. Tramp, xüsusilə "ordu hərəkətə keçməyə can atır" ifadəsini işlədərək hərbi variantın hələ də masada olduğuna işarə edib.

    Bu bəyanatlar fonunda ABŞ vitse-prezidenti JD Vansın rəsmi danışıqlarda iştirak etmək üçün bu gün İslamabada gedəcəyi barədə iddialar yayılıb. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar nəticəsində alovlanan müharibə, aprelin 8-də əldə olunmuş müvəqqəti atəşkəslə dayandırılmışdı. Aprelin 11-də Pakistanın vasitəçiliyi ilə keçirilən ilk görüşlər isə tərəflərin ortaq məxrəcə gələ bilməməsi səbəbindən nəticəsiz başa çatmışdı.

    Hazırda diplomatik kulislərdə ziddiyyətli məlumatlar dolaşmaqdadır. "Al Jazeera" telekanalı iranlı "ön müzakirə heyətinin" artıq İslamabada çatdığını bildirsə də, Tehran tərəfi rəsmi heyət göndərilməsi barədə hələlik heç bir təsdiqedici açıqlama verməyib. "New York Post" qəzetinə danışan mənbələr isə İranın ikinci raund danışıqlar üçün istəkli olduğunu, lakin yekun qərarın hələ qəbul edilmədiyini bildirirlər. Trampın bu son çıxışının danışıqlar ərəfəsində Tehrana qarşı psixoloji təzyiqi artırmaq məqsədi daşıdığı ehtimal olunur.

    #Donald Tramp #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ və İsrailin İran gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    25 İyul 2026 18:08

    Növbəti prezident seçkilərində yenidən namizəd olacağam - Tramp

    25 İyul 2026 17:40

    İran rəsmisi ABŞ-İsrail hücumlarına görə qisas vəd etdi

    25 İyul 2026 17:38

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    25 İyul 2026 11:43

    Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək

    25 İyul 2026 09:36

    Trampın gömrük tarifləri növbəti hüquqi mübahisənin mövzusu olub

    24 İyul 2026 22:08

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Netanyahu gələn həftə Vaşinqtonda Donald Trampla görüşəcək

    24 İyul 2026 18:44

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37

    Trampdan İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq - Zərərlər dondurulmuş aktivlər hesabına ödəniləcək

    24 İyul 2026 10:14

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    23 İyul 2026 21:29
    XƏBƏR LENTİ

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    Yəmən münaqişəsinin hərbi həlli yoxdur - Əraqçi

    Çin və Pakistan ABŞ–İran memorandumu ilə bağlı əməkdaşlığı müzakirə etdi

    Növbəti prezident seçkilərində yenidən namizəd olacağam - Tramp

    İran rəsmisi ABŞ-İsrail hücumlarına görə qisas vəd etdi

    Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edəcək - Husilər

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    Yəmən Səudiyyəyə raket zərbələri endirdib

    Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.