Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tramp İranın nümayiş videolarını "süni intellekt saxtakarlığı" adlandırdı

    16 Mart 2026 10:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp İranın nümayiş videolarını "süni intellekt saxtakarlığı" adlandırdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Tramp İranın "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısını vurduğuna dair xəbərləri qətiyyətlə təkzib edərək, bu iddiaları yalan adlandırıb. "Dünyanın ən böyük gəmilərindən biri olan bu gəmiyə əsla hücum edilməyib, o heç vaxt yanmayıb," diqqətə çatdıran Prezident, sosial mediada yayılan yanğın görüntülərinin saxta olduğunu və reallığı əks etdirmədiyini vurğulayıb.

    VOA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı həftəsonu tətilindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və Yaxın Şərqdəki son hadisələrlə bağlı mühüm iddialar irəli sürüb.

    Tramp həmçinin ABŞ-a məxsus yanacaqdoldurma təyyarələrinin vurulması barədə məlumatlara da aydınlıq gətirib. O bildirib ki, hədəf alınan 5 təyyarədən 4-ü heç bir xəsarət almayıb, yalnız birində yüngül zədə yaranıb. İran daxilindəki etiraz aksiyalarına toxunan ABŞ rəhbəri, Tehran rejiminin son iki həftə ərzində 32 min etirazçını qətlə yetirdiyini iddia edib və real rəqəmin daha yüksək ola biləcəyini qeyd edib. O, rejimi dəstəkləyən kütləvi nümayişlərin videolarının süni intellekt texnologiyası ilə hazırlandığını və manipulyasiya xarakteri daşıdığını irəli sürüb.

    Müharibənin gedişatı və diplomatik perspektivlər barədə danışan Tramp, hücumların nə vaxt bitəcəyinə dair inisiativ növünün ABŞ-ın əlində olduğunu bildirib. Onun sözlərinə görə, İran tərəfi canıgönüldən yeni bir saziş imzalamaq istəsə də, özü hələlik bu məsələdə qərarsızdır. İranın bir ibtidai məktəbinə edilən və 185 nəfərin, o cümlədən uşaqların ölümünə səbəb olan hücumla bağlı suala isə Tramp, "Bilmirəm, araşdırma davam edir," cavabını verməklə kifayətlənib.

    Donald Tramp xarici siyasət prioritetləri sırasında Küba məsələsinin də olduğunu, lakin hazırda bütün diqqətin İran probleminin həllinə yönəldiyini vurğulayıb. Kübanın iflas etmiş bir dövlət olduğunu və ABŞ ilə razılığa gəlməyə çalışdığını deyən Tramp, "Öncə İran məsələsini həll edəcəyik, sonra isə Küba ilə bağlı lazım olan addımları atacağıq," deyərək Vaşinqtonun növbəti hədəflərinə işarə edib.

    #Donald Tramp #İsrail və İran gərginliyi #Trampın siyasətləri #Trampın iddiaları #İsrail və İran münasibətləri #Tramp İran siyasəti #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    18 İyul 2026 22:45

    Ralf Norman Cənubi Karolinadan Senata namizədliyini irəli sürüb

    18 İyul 2026 19:29
    XƏBƏR LENTİ

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.