Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Regiondakı münaqişə nəticəsində 189 uşaq həlak olub - UNİCEF

    6 Mart 2026 11:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Regiondakı münaqişə nəticəsində 189 uşaq həlak olub - UNİCEF
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    UNICEF ötən həftəsonu ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla kəskinləşən gərginlikdə indiyədək 189 uşağın həyatını itirdiyini açıqlayıb. Təşkilatın hesabatında qeyd olunur ki, bölgədəki hərbi hərəkətlilik uşaqlar üzərində artıq dağıdıcı bir təsir yaradıb.

    VOA xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və yerli mənbələrin məlumatına görə, hücumların ilk günündə İranın cənubundakı Minab şəhərində yerləşən Şəcərə-i Tayyibə adlı qızlar ibtidai məktəbi vurulub. Hücum nəticəsində yaşları 7 ilə 12 arasında dəyişən azı 175 şagirdin həlak olduğu bildirilir. Görgü tanıqları və beynəlxalq mətbuat orqanları məktəbin bir hərbi kompleksin yaxınlığında yerləşdiyi üçün zərbəyə məruz qaldığını, lakin binanın tamamilə mülki məqsədlər üçün istifadə edildiyini təsdiqləyib.

    UNICEF-in məlumatına görə, can itkiləri təkcə İranla məhdudlaşmır və münaqişənin miqyası genişləndikcə rəqəmlər artmaqda davam edir. İranın müxtəlif bölgələrində, o cümlədən Minabdakı məktəb hücumunda cəmi 181 uşaq həyatını itirib. Eyni zamanda son 24 saat ərzində Livanın müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində 7 uşağın öldüyü, Küveytdə isə regional gərginliklə bağlı hadisələrdə 1 uşağın həlak olduğu qeydə alınıb. Təşkilat uşaqların müharibələri başlatmadığını, lakin ən ağır bədəli onların ödədiyini vurğulayaraq tərəfləri eskalasiyanı dayandırmağa çağırıb.

    Məktəblərin və uşaqların beynəlxalq humanitar hüquq çərçivəsində mühafizə altında olduğu xatırladılan rəsmi bəyanatda, hərbi tərəflərə mülki şəxsləri qorumaq öhdəliyi bir daha xatırladılıb. Hazırda humanitar təşkilatlar zərər çəkmiş bölgələrdə uşaqlara təcili tibbi və psixoloji yardımın çatdırılması üçün yollar axtarır, lakin davam edən bombardmanlar bu prosesi çətinləşdirir.

    #UNICEF #SEPAH #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #UNICEF uşaq hesabatı #ABŞ İsrail dəstəyi #ABŞ və İsrail #ABŞ və İsrailin İran gərginliyi #ABŞ–İsrail koordinasiyası #UNICEF tarixi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10

    İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

    27 Avqust 2026 17:56

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İranın raket istehsalı davam edir - SEPAH

    24 Avqust 2026 18:13

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    24 Avqust 2026 14:48

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    Hörmüz boğazı İran qüvvələrinin nəzarətindədir - SEPAH

    18 Avqust 2026 18:46

    İran generalı İraqda silahlı qrupların gələcəyini müzakirə edib

    12 Avqust 2026 19:36

    2024-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 170-dən çox fələstinli uşaq öldürülüb - UNICEF

    12 Avqust 2026 18:23

    İşğal altındakı İordan çayının qərb sahili “qırılma nöqtəsindədir” - BMT

    11 Avqust 2026 23:35
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.