BAKI,VOA,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatı işğal altındakı İordan çayının qərb sahilində vəziyyətin kritik həddə çatdığını bildirib.
VOA xəbər verir ki, BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Baş katib müavini Ramiz Ələkbərov bölgənin “qırılma nöqtəsində” olduğunu deyib.
O bildirib ki, bu il İordan çayının qərb sahilində 18-i uşaq olmaqla 76 fələstinli öldürülüb.
Ramiz Ələkbərovun sözlərinə görə, İsrail məskunlarının zorakılığı, eləcə də İsrail hakimiyyətinin söküntü və məcburi köçürmə siyasəti nəticəsində 3 800 fələstinli, onların təxminən yarısı uşaqlar olmaqla, evlərini tərk etmək məcburiyyətində qalıb.
BMT-nin məlumatına əsasən, 1 430-dan çox məskun hücumu qeydə alınıb və bu hücumlar təxminən 260 fələstinli icmaya təsir edib.
UNICEF-in Baş direktor müavini Hannan Süleyman isə bildirib ki, 2024-cü ilin yanvarından 2026-cı ilin iyuluna qədər Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 174 fələstinli uşaq öldürülüb, 1 500-dən çox uşaq yaralanıb.
O qeyd edib ki, hazırda 355 fələstinli uşaq İsrail hərbi həbsində saxlanılır və bu, son səkkiz ildə ən yüksək göstəricidir.
Süleyman BMT Təhlükəsizlik Şurasını uşaqların hüquqlarının qorunması üçün tədbirlər görməyə çağırıb.