Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    BMT-dən tarixi xəbərdarlıq: Qəzzada "etnik təmizləmə" riski var

    19 Fevral 2026 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT-dən tarixi xəbərdarlıq: Qəzzada "etnik təmizləmə" riski var
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    BMT cümə aqşamı günü yaydığı bəyanatda İsrailin intensiv hücumları və fələstinli mülki şəxslərin məcburi köçürülməsi nəticəsində Qəzza zolağı və İordan çayının qərb sahilində (Qərbi Şəria) "etnik təmizləmə" baş verməsi ehtimalından ciddi narahatlığını ifadə edib.

    AzerVoice xəbər verir ki, bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

    "İntensiv hücumlar, bütün məhəllələrin sistematik şəkildə dağıdılması və humanitar yardımın qarşısının alınması Qəzzada qalıcı demoqrafik dəyişiklik yaratmaq məqsədi daşıyır." Hesabatda həmçinin vurğulanır ki,bu hərəkətlər fələstinlilərin daimi olaraq didərgin salınması məqsədi güdür və bu, həm Qəzzada, həm də İordan çayının qərb sahilində etnik təmizləmə ilə bağlı ciddi suallar doğurur.-deyə hesabatda qeyd olunub.

    BMT-nin Baş katibinin müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İsrailin fələstinli idarəçiliyində olan ərazilər üzərində nəzarəti gücləndirmək addımları "tədricən faktiki ilhaq" (de facto annexation) səviyyəsinə çatıb. İsrail hökumətinin ultra-sağçı nazirlər tərəfindən dəstəklənən yeni qərarları 1993-cü il Oslo razılaşmaları ilə müəyyən edilmiş fələstinli muxtariyyətini sarsıdır.

    Dikarlonun sözlərinə görə, bu tədbirlər icra olunarsa, işğal altındakı ərazilərdə, xüsusən də Hebron (Əl-Xəlil) kimi həssas bölgələrdə İsrail mülki hakimiyyətinin təhlükəli genişlənməsi baş verəcək.
    Bürokratik maneələr aradan qaldırılmaqla yəhudi məskunlaşma yerlərinin genişləndirilməsi, torpaq alışının asanlaşdırılması və tikinti icazələrinin verilməsi sürətlənəcək.

    Oslo razılaşmalarına əsasən, İordan çayının qərb sahili üç zonaya (A, B və C) bölünmüşdü. Bu ərazilərin gələcəkdə müstəqil Fələstin dövlətinin əsas hissəsini təşkil etməsi nəzərdə tutulurdu. Lakin İsrailin radikal sağçı cinahı bu torpaqları "İsrail torpağı" hesab edir.

    Çərşənbə günü BMT-dəki 85 ölkənin missiyası birgə bəyanat yayaraq, İsrailin bu birtərəfli qərarlarını kəskin şəkildə qınayıb. Bəyanatda İsrailin işğal olunmuş ərazilərdəki qanunsuz mövcudluğunu genişləndirməyə yönəlmiş addımları pislənilib.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    Qəzzada son sutkada İsrail hücumları nəticəsində azı 6 fələstinli ölüb

    25 Avqust 2026 17:37
    XƏBƏR LENTİ

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.