Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...

    20 Dekabr 2025 10:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    ABŞ Ədliyyə Nazirliyi pedofiliya şəbəkəsi yaratmaqla ittiham olunan Jeffrey Epşteyn işinə dair yeni sənədləri ictimaiyyətə təqdim edib.

    AzerVoice xəbər verir ki, yeni açıqlanan sənədlərdə Bill Klintonun adı və fotoları geniş müzakirələrə səbəb olub.

    Uzun müddət gözlənilən və “Epşteyn sənədləri” adlandırılan materialların yeni hissəsi artıq açıq şəkildə yayımlanıb. ABŞ Baş Prokurorunun müavini Todd Blanche bildirib ki, nazirlik cümə günü “bir neçə yüz min sənəd” açıqlayıb və gələcək həftələrdə əlavə sənədlər də yayımlanacaq. Blanche əlavə edib ki, “sənədlərin araşdırılması davam edərkən qanunlara və qurbanların qorunmasına uyğun əlavə məlumatlar təmin ediləcək”.

    Konqresə göndərilən məktubdan məlum olub ki, sənədlərin yoxlanması zamanı min 200-dən çox şəxsin Epşteynin qurbanı və ya onların yaxınları olduğu müəyyən edilib. Ədliyyə Nazirliyi şəxslərin məxfiliyini qorumaq üçün identifikatorları və adları gizlədib və ya yayımlamayıb.

    Yayımlanan sənədlərdə keçmiş ABŞ Prezidenti Bill Klinton ön plana çıxıb. Klintonun sözçüsü Angel Urena bildirib ki, keçmiş prezident 2002 və 2003-cü illərdə Epşteynin təyyarəsi ilə dörd beynəlxalq səfər edib. Urena qeyd edib ki, səfərlər Klinton Fondu ilə bağlı olub və hər səfərdə personal və Gizli Xidmət əməkdaşları müşayiət edib.

    Sənədlərdə Klintonun Epşteynin şəriki Ghislaine Maxvell ilə hovuzda və jakuzidə çəkilmiş fotoları da yer alıb. Klinton əvvəllər Epşteynin cinayətlərindən xəbərsiz olduğunu və onları qınadığını açıqlayıb.

    Həmçinin sənədlərdə Maykl Cekson, Virgin Group-un təsisçisi Richard Branson, müğənni Diana Ross, aktyor Chris Tucker və digər məşhurların Epşteyn və Maxvell ilə müxtəlif sosial mühitlərdə (Bali, Mərakeş, St. Tropez) çəkilmiş fotoları mövcuddur. Qeyd olunur ki, bu görüntülər şəxslərin hər hansı cinayətdə iştirak etdiyini göstərmir və kontekstdən çıxarılmamalıdır.

    Sənədlərin açıqlanması zamanı Tramp, ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqlənən qərarın üzərinə imza ataraq yayım məsuliyyətini öz üzərinə götürüb. Materiallar dörd əsas kateqoriya üzrə təqdim olunub: məhkəmə sənədləri, Ədliyyə Nazirliyinin şəffaflıq qanunu çərçivəsində açıqlamaları, məlumat əldə etmə tələbləri ilə alınan sənədlər və Nümayəndələr Palatası nəzarət komitəsinə təqdim olunan yazışmalar.

    Qeyd edək ki, Epşteyn, 14 yaşdan kiçik 18 yaşadək onlarla qız uşağına cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə Nyu York Manhattan Metropolitan Həbsxanasında saxlanarkən 10 avqust 2019-cu ildə ölü tapılmışdı.

    Sənədlərdə həmçinin Prens Andrev, ABŞ Prezidenti Donald Tramp, keçmiş ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrail Baş naziri Ehud Barak, keçmiş ABŞ vitse-prezidenti Al Gore, aktyor Kevin Spacey, müğənni Maykl Cekson, sehrbaz David Copperfield, vəkil Alan Dershovitz və keçmiş Nyu Meksika qubernatoru Bill Riçardson kimi məşhurlar yer alıb.

    ABŞ Federal Təhlükəsizlik Bürosu (FBI) və Ədliyyə Nazirliyi araşdırmalar nəticəsində bu şəxslərin hər hansı “müştəri siyahısı” ilə əlaqəsi olduğuna dair sübut tapılmadığını, Epşetynin isə həqiqətən intihar etdiyini açıqlayıb.

    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...
    #ABŞ #Donald Tramp #Ehud Barak #Bill Klinton #Ceffri Epşteyn #Maykl Cekson #ABŞ mediasında Epşteyn #Al Gore #Kevin Spacey #David Copperfield #Bill Riçardson #Bill Clinton və Epstein #Jeffrey Epstein işinə dair sənədlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.