#Bill Klinton

ABŞ-ın sabiq prezidenti Bill Klinton amerikalıları ölkə prezidenti Donald Trampa qarşı birləşməyə və açıq mövqe nümayiş etdirməyə çağırıb. Bill Klinton son günlər Minnesota ştatının Minneapolis şəhərində baş verən hadisələri “dəhşətli mənzərələr” adlandıraraq, belə halların ABŞ-da baş verəcəyini heç vaxt təsəvvür etmədiyini qeyd edib. Onun fikrincə, hazırkı proseslər ölkənin tarixini uzun illər üçün müəyyən edə bilər və bu səbəbdən amerikalılar öz azadlıqlarını qorumaq üçün mövqe ortaya qoymalıdırlar.

Uzun müddət gözlənilən və “Epşteyn sənədləri” adlandırılan materialların yeni hissəsi artıq açıq şəkildə yayımlanıb. ABŞ Baş Prokurorunun müavini Todd Blanche bildirib ki, nazirlik cümə günü “bir neçə yüz min sənəd” açıqlayıb və gələcək həftələrdə əlavə sənədlər də yayımlanacaq. Blanche əlavə edib ki, “sənədlərin araşdırılması davam edərkən qanunlara və qurbanların qorunmasına uyğun əlavə məlumatlar təmin ediləcək”.