ABŞ Prezidenti Donald Tramp ilə ölkənin vitse-prezidenti Cey Di Vens qalmaqallı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı fərqli mövqelər nümayiş etdirirlər. Məlumata görə, Tramp hesab edir ki, ABŞ ictimaiyyəti artıq Epşteyn mövzusundan uzaqlaşmalı və “başqa məsələlərlə məşğul olmalıdır”.
#ABŞ mediasında Epşteyn
Dünya ABŞ Ədliyyə Nazirliyinin “seks ticarətçisi” Cefri Epşteynlə bağlı dosyedə açıqladığı sənədlərin detallarını izləyir. Bu isə geniş sualı gündəmə gətirir: bütün ölçülər üzrə qalmaqallı sayılan bu fiqurun arxasında kim dayanırdı ki, siyasət, mədəniyyət, incəsənət və biznes dünyasının bir sıra məşhur simalarını “toruna” sala bildi? Corc Oruellin “Böyük Qardaş” ifadəsi ilə desək, pərdə arxasında bu “tamaşanı” idarə edən kimsə var: müəyyən dosyelərin, sektorların, hətta dövlətlərin gedişatına nəzarət etmək üçün. ABŞ prezident institutu və Britaniya kral ailəsinin sarsılması üçün yetərli olan “zəlzələ” bunun ölçüsünü göstərir.
Uzun müddət gözlənilən və “Epşteyn sənədləri” adlandırılan materialların yeni hissəsi artıq açıq şəkildə yayımlanıb. ABŞ Baş Prokurorunun müavini Todd Blanche bildirib ki, nazirlik cümə günü “bir neçə yüz min sənəd” açıqlayıb və gələcək həftələrdə əlavə sənədlər də yayımlanacaq. Blanche əlavə edib ki, “sənədlərin araşdırılması davam edərkən qanunlara və qurbanların qorunmasına uyğun əlavə məlumatlar təmin ediləcək”.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən açıqlanan yeni sənədlər, ABŞ-lı maliyyəçi və azyaşlılara qarşı cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynin Hindistan siyasətinə təsir göstərmək cəhdlərini və Baş nazir Narendra Modinin hakim dairələri ilə əlaqələrini üzə çıxarıb.