ABŞ hakimi çərşənbə günü cinsi təcavüzdə təqsirli bilinən Ceffri Epşteynin Nyu-York həbsxanasındakı ölümündən bir neçə həftə əvvəl yazdığı ehtimal edilən intihar məktubunu dərc edib.
#Ceffri Epşteyn
Filmoskop rubrikasında bu dəfə 2026-cı ilin ən çox səs-küy doğuran sənədli-araşdırma layihələrindən birini — "Diabolical: The Epstein Files" (Şeytani: Epşteyn Dosyaları) filmini təhlil edirik. Bu ekran işi sadəcə bir cinayət xronikası deyil, illərdir gizli qalan arxivlərin, rəqəmsal izlərin və "toxunulmaz" hesab edilən güc mərkəzlərinin süqutunu nümayiş etdirən vizual bir ittihamnamədir.
"New York Academy of Art" yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunarkən həbsdə ölü tapılan Cefri Epşteyn tərəfindən edilən ianələri insan alverinin qurbanı olan uşaqlara dəstək göstərən bir quruma köçürəcəyini açıqlayıb.
Böyük Britaniya Kralı III Çarlz, qardaşı Şahzadə Endryunun cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteyna gizli məlumatlar ötürdüyü iddiaları ilə bağlı polis araşdırmasına dəstək verməyə hazır olduğunu bildirib. İddialar, ABŞ Ədliyyə Nazirliyinin yayımladığı yeni Epşteyn sənədlərinin ardından yenidən gündəmə gəlib. ABŞ-da yayımlanan son dosyelərə görə, Şahzadə Endryunun 2010-cu ildə Epşteyna bəzi "gizli" materiallar göndərdiyi irəli sürülür.
ABŞ Prezidenti Donald Tramp ilə ölkənin vitse-prezidenti Cey Di Vens qalmaqallı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı fərqli mövqelər nümayiş etdirirlər. Məlumata görə, Tramp hesab edir ki, ABŞ ictimaiyyəti artıq Epşteyn mövzusundan uzaqlaşmalı və “başqa məsələlərlə məşğul olmalıdır”.
ABŞ Ədliyyə Nazirliyinin ötən cümə günü Jeffrey Epşteyn işi ilə bağlı milyonlarla yeni sənədi ictimaiyyətə açıqlamasından sonra qalmaqallı iddialar beynəlxalq gündəmi silkələməkdə davam edir. Gizliliyi ləğv edilən materiallarda bir sıra nüfuzlu siyasətçilər, iş adamları və kral ailələrinin üzvləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın da adının keçməsi diqqət çəkib.
Dünya ABŞ Ədliyyə Nazirliyinin “seks ticarətçisi” Cefri Epşteynlə bağlı dosyedə açıqladığı sənədlərin detallarını izləyir. Bu isə geniş sualı gündəmə gətirir: bütün ölçülər üzrə qalmaqallı sayılan bu fiqurun arxasında kim dayanırdı ki, siyasət, mədəniyyət, incəsənət və biznes dünyasının bir sıra məşhur simalarını “toruna” sala bildi? Corc Oruellin “Böyük Qardaş” ifadəsi ilə desək, pərdə arxasında bu “tamaşanı” idarə edən kimsə var: müəyyən dosyelərin, sektorların, hətta dövlətlərin gedişatına nəzarət etmək üçün. ABŞ prezident institutu və Britaniya kral ailəsinin sarsılması üçün yetərli olan “zəlzələ” bunun ölçüsünü göstərir.
Uzun müddət gözlənilən və “Epşteyn sənədləri” adlandırılan materialların yeni hissəsi artıq açıq şəkildə yayımlanıb. ABŞ Baş Prokurorunun müavini Todd Blanche bildirib ki, nazirlik cümə günü “bir neçə yüz min sənəd” açıqlayıb və gələcək həftələrdə əlavə sənədlər də yayımlanacaq. Blanche əlavə edib ki, “sənədlərin araşdırılması davam edərkən qanunlara və qurbanların qorunmasına uyğun əlavə məlumatlar təmin ediləcək”.
Milyarder iş adamı Elon Mask ABŞ-da üçüncü siyasi qüvvə kimi təsis etməyi planlaşdırdığı “Amerika Partiyası” layihəsini hələlik dayandırıb. Buna səbəb kimi respublikaçı seçicilərin parçalanması riski və vitse-prezident J.D. Venslə münasibətlərə xələl gəlməsi ehtimalı göstərilir. Wall Street Journal-ın məlumatına görə, Mask diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib. O, respublikaçı elektoratın parçalanmasının qarşısını almaq və Venslə münasibətləri qorumaq üçün partiya planlarından geri çəkilib. Rəsmilər bildiriblər ki, milyarder gələcəkdə – xüsusilə 2028-ci ildə prezident seçkilərində Vensin namizədliyi halında ona maliyyə dəstəyi verməyi nəzərdən keçirir.
ABŞ-ın birinci xanımı Melaniya Tramp, keçmiş prezident Co Baydenin oğlu Hunter Baydeni, cinsi istismarda ittiham olunan iş adamı Cefri Epşteynin onu Donald Trampla tanış etdiyinə dair iddialara görə məhkəməyə verməklə hədələyib. “Asharq Al-Awsat”ın BBC-yə istinadən yaydığı məlumata görə, 2005-ci ildə Donald Trampla evlənən Melaniya Trampın vəkilləri bu iddianı “yalan, böhtan və mübahisəli” adlandırıblar. Hunter Baydenin vəkilinə göndərilən məktubda iddianın dərhal geri götürülməsi və üzr istənilməsi tələb olunub. Əks halda, 1 milyard dollardan çox təzminat tələb ediləcəyi bildirilib.
ABŞ prezidenti Donald Tramp media maqnatı Rupert Merdoka məxsus "Wall Street Journal" qəzetini milyarder və məhkum edilmiş cinsi istismarçı Ceffri Epşteynlə əlaqəli yalan məlumat yaymaqda ittiham edərək məhkəməyə verib.
İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədləri dərc etməyə çağırıb.