Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Aİ Sudanın Darfur bölgəsinə humanitar yardım üçün hava körpüsü yaradıb

    15 Dekabr 2025 16:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ Sudanın Darfur bölgəsinə humanitar yardım üçün hava körpüsü yaradıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa İttifaqı (Aİ) Sudanın Darfur əyalətinə həyati əhəmiyyət daşıyan humanitar yardımın çatdırılması məqsədilə təcili hava körpüsü əməliyyatına start verdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Aİ Komissiyasının yaydığı yazılı bəyanata görə, yardım çərçivəsində ümumilikdə 8 uçuşun həyata keçirilməsi planlaşdırılır. İlk uçuş ötən cümə günü, 12 dekabr tarixində reallaşdırılıb və Aİ-nin humanitar yardım ehtiyatlarından, eləcə də tərəfdaş təşkilatlardan təmin edilən təxminən 100 ton yardım bölgəyə çatdırılıb.

    Bildirilib ki, əlavə uçuşlar bu ay ərzində və gələn ilin yanvar ayı boyunca davam edəcək. Hava körpüsü çərçivəsində sığınacaq ləvazimatları, su, sanitariya və gigiyena vasitələri, eləcə də tibbi materiallar daşınır. Əməliyyatın ümumi dəyəri Aİ-nin humanitar yardım büdcəsindən maliyyələşdirilməklə 3,5 milyon avro olaraq açıqlanıb.

    Xatırladaq ki, Sudan 15 aprel 2023-cü ildən etibarən ordu ilə xarici dəstəkli Sürətli Dəstək Qüvvələri (HDQ) arasında şiddətli toqquşmaların yaşandığı ölkəyə çevrilib.

    Sudanın qərbində yerləşən Darfur bölgəsinin ən böyük şəhəri olan Faşir intensiv döyüşlərdən sonra böyük ölçüdə HDQ-nin nəzarətinə keçib. On minlərlə insanın şəhəri tərk etdiyi bildirilir. Məlumatlara görə, HDQ qüvvələrinin mülki şəxsləri zorla köçürdüyü, silahsız insanları qətlə yetirdiyi və işgəncələrə məruz qoyduğu anlar təşkilat üzvlərinin paylaşdığı videolarda əks olunub.

    #Avropa İttifaqı (Aİ) #Sudan iqtisadi inkişaf #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Sudanda xolera epidemiyası #Sudan RSF hücumu #Darfur #Sürətli Dəstək Qüvvələri (RSF) #RSF qüvvələri #Şimali Darfurda qadınlara qarşı etnik zorakılıq iddiaları araşdırılır #RSF-in atəşkəs razılığı döyüşləri dayandırmadı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

    9 İyul 2026 11:29

    Ərdoğan Kaya Kallası qəbul edib

    30 İyun 2026 16:52

    QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər

    25 İyun 2026 14:05

    Avropa Türkiyəyə dərs vermək və ağıl öyrətmək fikrindən əl çəkməlidir - Bahçeli

    23 İyun 2026 12:23

    Aİ Ben-Qvirə sanksiya tətbiq edə bilmir

    15 İyun 2026 13:15

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    10 İyun 2026 11:13

    Ukrayna ilə Aİ arasında yeni fikir ayrılığı yaranıb

    9 İyun 2026 12:34

    ABŞ və İran təhlükəli mərhələdədir - Kallas

    28 May 2026 11:11

    İrlandiya Almaniyanın Ukrayna planına etiraz edib

    23 May 2026 12:41

    Aİ Ukrayna münaqişəsi bitdikdən sonra Rusiyadan qaz alacaq - Maqyar

    21 May 2026 16:45

    Merts Ukrayna üçün Aİ-də “ortak üzvlük” təklif etdi

    21 May 2026 14:21

    Aİ Ukraynaya 3,2 milyard avroluq yeni dəstək ayırır

    20 May 2026 15:56
    XƏBƏR LENTİ

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.