Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Darfurun Əl-Faşer şəhərində törədilən dəhşətli cinayətlərə görə Çevik Dəstək Qüvvələrinin (RSF) dörd yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib. BMT-nin keçən həftə apardığı araşdırma nəticəsində RSF-nin 18 ay davam edən mühasirə və oktyabrda Əl-Faşerin ələ keçirilməsi zamanı soyqırımı aktları törətdiyi müəyyən olunub. Sanksiya siyahısına daxil edilənlər arasında RSF komandirinin müavinləri Əbdülrəhim Hamdan Daqlo və Qedo Hamdan Əhməd, briqada generalı Əl-Fateh Abdullah İdris və səhra komandiri Tijani İbrahim yer alıb.
#RSF qüvvələri
Avropa İttifaqı (Aİ) Sudanın Darfur əyalətinə həyati əhəmiyyət daşıyan humanitar yardımın çatdırılması məqsədilə təcili hava körpüsü əməliyyatına start verdiyini açıqlayıb. Aİ Komissiyasının yaydığı yazılı bəyanata görə, yardım çərçivəsində ümumilikdə 8 uçuşun həyata keçirilməsi planlaşdırılır. İlk uçuş ötən cümə günü, 12 dekabr tarixində reallaşdırılıb və Aİ-nin humanitar yardım ehtiyatlarından, eləcə də tərəfdaş təşkilatlardan təmin edilən təxminən 100 ton yardım bölgəyə çatdırılıb.
Türkiyə Sudanın Abyei bölgəsində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidəki logistika mərkəzinə edilən hücumu pisləyib. Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda həyata keçirilən hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada “Abyei bölgəsində fəaliyyət göstərən BMT-nin Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) Sudanın Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidə yerləşən logistika mərkəzinə edilən hücumu qətiyyətlə pisləyirik” ifadəsinə yer verilib.
Sudanın ən böyük neft sahəsi Hegliq, ölkənin cənub sərhədində yerləşən Kordofan bölgəsində paramilitar Qısa Müddətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilib. Bu səbəbdən sahədə çalışan işçilər təxliyə olunub və istehsal dayandırılıb.
Sudanın mərkəzində yerləşən Kordofan bölgəsində aclıq və kəskin qida çatışmazlığı səbəbindən bir ay ərzində 23 uşaq həyatını itirib. Sudan Həkimlər Şəbəkəsi ölümlərin 20 oktyabr–20 noyabr tarixləri arasında mühasirədə olan Kadugli şəhəri və Dilling qəsəbəsində qeydə alındığını bildirib. Ölkədə 30 aydan çoxdur davam edən və ordunun Sürətli Dəstək Qüvvələri (RSF) ilə toqquşması nəticəsində yaranan müharibə humanitar vəziyyəti kəskin şəkildə pisləşdirib. BMT-nin məlumatına görə, müharibə 40 min insanın ölümünə səbəb olub, 14 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb və ölkənin geniş hissələrində aclıq hökm sürür.
"Al Baraka Azerbaijan" könüllüləri Sudanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı Azərbaycandakı xeyriyyə təşkilatlarına birgə yardım təşəbbüsünə qoşulmaq çağırışı edib.