Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tramp İsrailin Qəzzaya quru hücumunu müdafiə edərək “Özünümüdafiədir” – dedi

    16 Sentyabr 2025 20:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp İsrailin Qəzzaya quru hücumunu müdafiə edərək  “Özünümüdafiədir” – dedi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı quru əməliyyatını “özünümüdafiə” adlandırıb.

    AzerVoice xəbər verir ki, o, əməliyyatın minlərlə hədəfi əhatə etdiyini bildirib və HƏMAS-ı girovlardan insan qalxanı kimi istifadə etməməyə sərt şəkildə xəbərdar edib.

    Tramp çıxışında deyib: “Əgər onlar belə etsələr, böyük bir bəlaya düşəcəklər. Yenə də böyük bəlaya düşəcəklər”. O, HƏMAS-ın girovları “mağaralardan və dərin tunellərdən” hərəkət etdirdiyini iddia edərək bu metodları “əsrlərdir görünməmiş vəhşilik” adlandırıb.

    Tramp həmçinin BMT-ni və beynəlxalq qurumları sərt tənqid edib. BMT-nin İsraili “soyqırımı” törətməkdə ittiham edən son hesabatını rədd edən Tramp, “Onlar buna səs verdilər… Görəcəyik nə olacaq” deyib, lakin ABŞ-ın konkret addımlarını açıqlamayıb.

    Trampın bu açıqlamaları İsrailin Qəzzada başlatdığı böyükmiqyaslı hücum fonunda gəlib. İsrail ordusunun nümayəndəsi çərşənbə axşamı bildirib ki, ordu “əsas əməliyyata” start verib və qüvvələr artıq Qəzzanın mərkəzinə doğru irəliləyir. Onun sözlərinə görə, şəhərdə təqribən 2000–3000 HƏMAS döyüşçüsü var.

    Rəsmi Təl-Əviv son bir ay ərzində Qəzza sakinlərinə şəhəri tərk etmək çağırışı etsə də, humanitar böhran və yüksək xərclər səbəbilə əksəriyyətin evlərini tərk edə bilmədiyi vurğulanır.

    BMT-nin məlumatına görə, indiyədək 300 mindən çox insan Qəzzanın cənubuna köçsə də, şəhərdə hələ də 700 minə yaxın mülki şəxs qalır.

    #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #Donald Tramp #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

    27 İyul 2026 10:01

    Elm müharibələrin qaynağıdır?

    26 İyul 2026 22:00

    İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

    26 İyul 2026 15:56

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    ABŞ və İran arasında diplomatik təmaslar intensivləşib - Pakistan

    26 İyul 2026 14:04

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Nablus şəhərində reyd zamanı jurnalistlər gözyaşardıcı qazdan zərər çəkib

    25 İyul 2026 22:35

    İran müharibə və atəşkəs dövründə 18 milyard dollarlıq neft satdığını açıqlayıb

    25 İyul 2026 22:20

    Demokratlar Men ştatında Senata namizəd kimi Troy Ceksonu seçib

    25 İyul 2026 22:11

    Zəvtər əl-Qərbiyyədə axtarış-xilasetmə işləri hansı mərhələdədir?

    25 İyul 2026 22:02

    SEPAH ABŞ hərbi təyyarələrinin məhv edildiyini iddia edib

    25 İyul 2026 21:47

    LSEG-nin "Lipper" bölməsi istiqraz fondları ilə bağlı iri əməliyyatı araşdırır

    25 İyul 2026 21:43
    XƏBƏR LENTİ

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    ABŞ vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını azaldıb (ÖZƏL)

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    Hörmüz boğazında altı gəminin keçid cəhdinin qarşısı alınıb - Tehran

    Türkiyə limanları iyunda 46,9 milyon ton yük qəbul edib (ÖZƏL)

    “Ahbap” istintaqında 4-cü əməliyyat dalğası: 13 nəfər saxlanılıb

    Özbəkistan vətəndaşları Türkiyədə mənzil və iş yeri alışlarını artırıb (ÖZƏL)

    Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

    Rusiya vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını azaldıb (ÖZƏL)

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.