Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Almaniyada Avropanın ən böyük sursat zavodu istifadəyə verildi

    8 Sentyabr 2025 17:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Almaniyada Avropanın ən böyük sursat zavodu istifadəyə verildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Almaniyanın müdafiə sənayesi nəhəngi Rheinmetall, Aşağı Saksonya əyalətinin Unterlüß bölgəsində Avropanın ən böyük sursat istehsal zavodunun açılışını həyata keçirib.

    AzerVoice xəbər verir ki, cəmi 15 ay ərzində, 500 milyon avro sərmayə ilə inşa edilən zavod Avropada artan müdafiə tələbatını qarşılamaq məqsədi daşıyır və strateji əhəmiyyətə malik layihə hesab olunur.

    Açılış mərasimində Almaniyanın müdafiə naziri Boris Pistorius, maliyyə naziri Kristian Lindner, NATO-nun yeni baş katibi Mark Rutte və digər rəsmilər iştirak ediblər. Müdafiə naziri Pistorius çıxışında bildirib.

    “Bu zavod Almaniyanın və NATO-nun müdafiə qabiliyyətini artırmaq əzmində olduğunu nümayiş etdirir.” - deyə qeyd edib.

    Zavod tam gücü ilə fəaliyyətə başladıqdan sonra hər il 350 min ədəd 155 mm-lik artilleriya mərmisi istehsal olunacaq. Rheinmetall şirkətinin baş icraçı direktoru Armin Papperger bu addımın Avropa üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb:

    “Biz Avropanın müdafiə sənayesində özünütəminetməsini gücləndirmək üçün kritik bir addım atırıq.”

    NATO baş katibi Mark Rutte isə Avropanın təhlükəsizliyinə yönəlmiş potensial təhdidlərə diqqət çəkərək qeyd edib:

    “Avropa uzunmüddətli təhlükəsizlik arxitekturasını gücləndirmək üçün istehsal gücünü artırmaq məcburiyyətindədir.”

    Rheinmetall şirkəti Almaniyadakı bu nəhəng investisiyanı Rumıniya və Litvada planlaşdırılan oxşar sursat istehsalı zavodları ilə dəstəkləməyi planlaşdırır. Şirkətin məqsədi – Avropa üzrə inteqrasiya olunmuş müdafiə istehsal şəbəkəsi qurmaqdır.

    #Almaniya #Rumıniya #NATO #Litva #Avstraliya #Mark Rutte #Aşağı Saksonya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    25 Avqust 2026 14:49

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    24 Avqust 2026 14:23

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    22 Avqust 2026 11:27

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04
    XƏBƏR LENTİ

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.