Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    SpaceX-in Starship raketinin 10-cu sınaq uçuşu baş tutmayıb

    25 Avqust 2025 10:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    SpaceX-in Starship raketinin 10-cu sınaq uçuşu baş tutmayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    SpaceX-in "Starship" raketinin 10-cu sınaq uçuşu texniki nasazlıq səbəbindən baş tutmayıb.

    AzerVoice xəbər verir ki, Texas ştatındakı Starbase bazasından həyata keçirilməsi planlaşdırılan buraxılış havaya qalxmadan yarım saat əvvəl dayandırılıb. Şirkət qərarın yer sistemlərində aşkarlanan texniki problemə görə qəbul edildiyini açıqlayıb. Yanacaq yüklənməsi zamanı yaranan nasazlıq geri sayımın dayandırılmasına səbəb olub.

    “Bugünkü uçuş ləğv edildi. Yer sistemlərindəki nasazlıqların aradan qaldırılması üçün əlavə vaxta ehtiyac var.” - deyə SpaceX-in bəyanatında bildirilib.

    Xatırladaq ki, Starship proqramı son aylarda ardıcıl uğursuz sınaqlarla gündəmdədir. İyun ayında sınaq stendində partlayış qeydə alınmış, mayda isə 9-cu uçuş zamanı orbitə çatmasına baxmayaraq raket daşıdığı 8 Starlink peykini yerləşdirə bilməmişdi. Həmin vaxt yanacaq sızması səbəbindən yüksəklik problemi yaranmış və uçuşdan 30 dəqiqə sonra raketlə əlaqə kəsilmişdi. Səkkizinci sınaq uçuşu isə mühərrik nasazlığına görə starta bir dəqiqə qalmış dayandırılmışdı.

    Qeyd edək ki, "Starship" yalnız SpaceX-in kommersiya planları üçün deyil, həm də NASA-nın Artemis Ay missiyası və gələcək Mars layihələri üçün strateji əhəmiyyət daşıyır.

    #SpaceX #raket #peyk #kosmos #Starlink peyk internet sistemi #raket partlayışı #Peyk buraxılışı #SpaceX beynəlxalq genişlənməsi #Starship raketi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SpaceX Luizianada 100 milyard dollarlıq kosmik baza quracaq

    26 Avqust 2026 09:53

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    25 Avqust 2026 21:54

    SpaceX Luiziana ştatında yeni kosmodrom inşa edəcək

    25 Avqust 2026 20:42

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    24 Avqust 2026 10:27

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    21 Avqust 2026 20:03

    SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq

    6 Avqust 2026 18:55

    SpaceX səhmlərində eniş investorlar üçün alış fürsəti yaradıb

    5 Avqust 2026 20:32

    SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

    1 Avqust 2026 18:47

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    27 İyul 2026 21:38

    İordaniya İran tərəfindən buraxıldığı bildirilən 7 raket və 6 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

    24 İyul 2026 18:15

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    24 İyul 2026 17:34

    ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

    16 İyun 2026 09:00
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.