BAKI,VOA,Yusif Şərifzadə
Bəhreyn Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirildiyi bildirilən bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib. Bununla bağlı rəsmi açıqlama sosial şəbəkələrdə yayımlanıb.
VOA xəbər verir ki, Bəhreyn Silahlı Qüvvələri vətəndaşları ehtiyatlı olmağa çağıraraq raket və pilotsuz uçuş aparatlarının qalıqları ola biləcək naməlum əşyalara yaxınlaşmamağı tövsiyə edib. Rəsmi qurum belə əşyaların aşkar edilməsi halında onların dərhal aidiyyəti orqanlara bildirilməsini istəyib.
Bəyanatda İranın raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə mülki şəxsləri və şəxsi mülkiyyəti hədəfə aldığı iddia olunub.
Bəhreyn Silahlı Qüvvələri bu cür hərəkətlərin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib.
İran tərəfi isə Bəhreynin bu açıqlaması ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.