#SpaceX

“Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Səlçuk Bayraktar tərəfindən qurulan Fergani Kosmik Texnologiyaları bu peyki 30 mart 2026-cı il tarixində ABŞ-ın Vandenberq Kosmik Qüvvələr Bazasından kosmosa göndərib. SpaceX-in Transporter-16 missiyası çərçivəsində buraxılan peyk, təxminən 66 dəqiqə sonra daşıyıcı raketdən uğurla ayrılaraq 500–520 km hündürlükdə nəzərdə tutulan orbitə yerləşib”- deyə bildirilib.

"SpaceX" şirkətinin təsisçisi İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırıb. Bu barədə İ.Mask "X" sosial şəbəkəsində yazıb."Onu həbs edin", - deyə İ.Mask Osmanın əvvəllər ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" proqramı ilə dələduzluqda təqsirli bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən paylaşım altında yazıb.

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə texnologiya sektorunun aparıcı rəhbərlərini qəbul etdiyi zaman, axşam yeməyində Elon Maskın iştirak etməməsi diqqət çəkib. Tramp, ölkənin bir çox qabaqcıl texnologiya şirkətlərinin yüksək səviyyəli rəhbərlərini Ağ Evdəki axşam yeməyində qonaq edib. Tesla və SpaceX-in sahibi, həmçinin Trampa yaxınlığı ilə tanınan Elon Mask həmin yeməkdə iştirak etməyib. Tramp yemək zamanı etdiyi çıxışda xüsusilə süni intellekt sahəsindəki investisiyalardan təriflə bəhs edib və ABŞ-ın bu sahədə Çindən irəlidə olduğunu bildirib.

Dünyanın ən güclü kosmik raketi kimi tanınan Starship, Texas ştatındakı Starbase-dən yerli vaxtla 18:30-da buraxılıb. Səkkiz süni Starlink peykini daşıyan raketin birinci mərhələ gücləndiricisi Super Heavy, buraxılışdan sonra Meksika körfəzinə planlaşdırıldığı kimi enib. Starship, səkkiz süni peyki orbitə yerləşdirmək və Raptor mühərrikini kosmosda yenidən işə salmaq missiyalarını uğurla icra edib. Raket buraxılışdan təxminən bir saat sonra Hind okeanına enib.

Texas ştatındakı Starbase bazasından həyata keçirilməsi planlaşdırılan buraxılış havaya qalxmadan yarım saat əvvəl dayandırılıb. Şirkət qərarın yer sistemlərində aşkarlanan texniki problemə görə qəbul edildiyini açıqlayıb. Yanacaq yüklənməsi zamanı yaranan nasazlıq geri sayımın dayandırılmasına səbəb olub. “Bugünkü uçuş ləğv edildi. Yer sistemlərindəki nasazlıqların aradan qaldırılması üçün əlavə vaxta ehtiyac var.” - deyə SpaceX-in bəyanatında bildirilib. Xatırladaq ki, Starship proqramı son aylarda ardıcıl uğursuz sınaqlarla gündəmdədir. İyun ayında sınaq stendində partlayış qeydə alınmış, mayda isə 9-cu uçuş zamanı orbitə çatmasına baxmayaraq raket daşıdığı 8 Starlink peykini yerləşdirə bilməmişdi. Həmin vaxt yanacaq sızması səbəbindən yüksəklik problemi yaranmış və uçuşdan 30 dəqiqə sonra raketlə əlaqə kəsilmişdi. Səkkizinci sınaq uçuşu isə mühərrik nasazlığına görə starta bir dəqiqə qalmış dayandırılmışdı.

Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI, dəyərinin 500 milyard dollara çatması ehtimal edilən yeni səhm satışı planı ilə dünyanın ən dəyərli özəl texnologiya şirkəti olmaq yolundadır. Bloomberg-in məlumatına görə, bu səhm satışı sövdələşməsi ilkin mərhələdə olsa da, Thrive Capital da daxil olmaqla, mövcud investorlar müzakirələrə cəlb olunub. Əgər razılaşma baş tutarsa, OpenAI bu göstərici ilə hazırda 400 milyard dollar dəyərində olan İlon Maskın SpaceX şirkətini geridə qoyacaq.