BAKI,VOA, Fərid Mikayılov
ABŞ dövlət katibi Marko Rubio İranın mövqeyinə baxmayaraq, Yaxın Şərqdəki boğazların açılacağını bəyan edib.
VOA xəbər verir ki, Rubio, ABŞ hərbçilərinin İran obyektlərinə qarşı endirdiyi zərbələrdən sonra jurnalistlərə açıqlamasında boğazların istənilən halda açılacağını vurğulayıb.
Rubio bildirib ki, Tehranla mümkün razılaşmanın detalları üzərində razılığın əldə olunması bir neçə günə uzana bilər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cənub İran ərazisində hərbi zərbələrin endirildiyini təsdiqləyib. Komandanlığın sözçüsü əməliyyatların ABŞ hərbçilərinin İran silahlı qüvvələrinin təhdidindən qorunması məqsədilə həyata keçirildiyini bildirib.
Hədəflər arasında raket buraxılma mövqeləri və minalar yerləşdirməyə çalışan İran katerləri də yer alıb.