BAKI,VOA,Yusif Şərifzadə
ABŞ qüvvələrinin İranın şərqində yerləşən Çabahar limanındakı müşahidə qülləsini məhv etdiyi bildirilir.
VOA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
CENTCOM-un açıqlamasına görə, müşahidə qülləsi ABŞ qüvvələrinin ötən gün İran ərazisinə endirdiyi zərbələr zamanı vurulub.
ABŞ komandanlığı qüllənin Hörmüz boğazından keçən kommersiya gəmələrinin izlənilməsi və hədəfə alınması üçün istifadə edilən dəniz müşahidə şəbəkəsinin bir hissəsi olduğunu iddia edib.
Açıqlamada əməliyyatın hansı hərbi vasitələrlə həyata keçirildiyi və hücum nəticəsində insan itkisi olub-olmadığı barədə məlumat verilməyib.
İran tərəfi CENTCOM-un açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.
ABŞ komandanlığının irəli sürdüyü iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.