Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    29 Yanvar 2026 22:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmasdan sonra Ukrayna ilə bağlı müvəqqəti sakitlik barədə açıqlama verib.

    AzerVoice xəbər verir ki, Tramp Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə şəxsən müraciət edərək Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə zərbələrin bir həftəlik dayandırılmasını xahiş etdiyini bildirib. Trampın sözlərinə görə, Rusiya lideri bu təkliflə razılaşıb.

    Donald Tramp qeyd edib ki, bu addımı atmaqla bağlı qərarı yaxın ətrafının tövsiyələrinə baxmayaraq verib. O, Putinin razılığını “çox mülayim və pozitiv addım” kimi dəyərləndirib, lakin pauzanın konkret nə vaxtdan qüvvəyə minəcəyini açıqlamayıb.

    Bununla paralel olaraq, Rusiya və Ukrayna hərbi bloqerləri enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı göstərişlərin verildiyini yazıblar. Ukraynaya yaxın “Supernova+” kanalı isə Ukrayna Silahlı Qüvvələrinə də Rusiyanın enerji obyektlərinə zərbə endirilməməsi barədə tapşırıq verildiyini iddia edib.

    Hazırda Kiyev və Moskva bu məlumatları rəsmi şəkildə təsdiqləməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “enerji üzrə müvəqqəti atəşkəs” iddialarını şərh etməkdən imtina edib.

    Məlumata görə, müvəqqəti zərbələrin dayandırılması məsələsi yanvarın 23–24-də Əbu-Dabidə ABŞ-ın iştirakı ilə keçirilən üçtərəfli təmaslar zamanı müzakirə olunub. Müzakirələrdə Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması müqabilində Kiyevin Rusiyanın neft obyektləri və tankerlərinə zərbələrdən imtinası ssenarisi gündəmdə olub.

    Xatırladaq ki, 2025-ci ilin yazında Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlardan sonra enerji obyektlərinə zərbələrlə bağlı 30 günlük moratorium tətbiq edilmişdi. Həmin razılaşma daha sonra pozulmuş, tərəflər bir-birini şərtləri pozmaqda ittiham etmişdi.

    #Tramp Putindən Ukrayna şəhərlərinə zərbələri dayandırmağı xahiş edib #ABŞ və Rusiya arasında mümkün enerji pauzası gündəmdə #Tramp: Putin bir həftəlik zərbə fasiləsinə razılaşıb #Ukrayna müharibəsində müvəqqəti sakitlik ehtimalı #Enerji obyektlərinə hücumlar dayandırıla bilər #Tramp–Putin təması fonunda atəşkəs siqnalları #Trump Putin’i saldırılara ara vermeye ikna etti #ABD ve Rusya arasında geçici ateşkes iddiası #Trump: Putin bir haftalık duraklamayı kabul etti #Ukrayna’da enerji hedeflerine saldırılar askıya alınabilir #Washington–Moskova hattında yeni temas #Trump’tan Kiev ve şehirler için ateşkes açıklaması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN

    29 Avqust 2026 16:44

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37
    XƏBƏR LENTİ

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.