#Ukrayna müharibəsində müvəqqəti sakitlik ehtimalı

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmasdan sonra Ukrayna ilə bağlı müvəqqəti sakitlik barədə açıqlama verib. Tramp Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə şəxsən müraciət edərək Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə zərbələrin bir həftəlik dayandırılmasını xahiş etdiyini bildirib. Trampın sözlərinə görə, Rusiya lideri bu təkliflə razılaşıb.