Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ İrana qarşı “Tomahawk” raketlərindən istifadə imkanını nəzərdən keçirir

    15 Yanvar 2026 22:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ İrana qarşı “Tomahawk” raketlərindən istifadə imkanını nəzərdən keçirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi imkanlardan istifadə etməklə İrana zərbələr endirilməsi ssenarilərini dəyərləndirir.

    AzerVoice xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən Amerika esmineslərindən buraxılan “Tomahawk” tipli qanadlı raketlərin İrana qarşı tətbiqini nəzərdən keçirir. Məlumata əsasən, mümkün əməliyyat çərçivəsində ABŞ-ın regiondakı hərbi bazalarından qalxa bilən döyüş təyyarələri və bombardmançıların da istifadəsi istisna edilmir.

    Hazırda bölgədə ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun olmamasına baxmayaraq, Vaşinqtonun İrana qarşı hərbi zərbə endirmək üçün kifayət qədər resursu mövcuddur. WSJ-in məlumatına görə, Karib hövzəsində 12 Amerika hərbi gəmisi cəmləşdiyi halda, Yaxın Şərqdə bu rəqəm altıdır.

    Bundan əvvəl ABŞ mediası ölkənin Havay adalarındakı Sakit okean bazasına səkkiz ədəd KC-135 Stratotanker yanacaq doldurma təyyarəsinin və bir neçə E-3 Sentry uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsinin göndərildiyini yazmışdı. Rəsmi mənbələr bu təyyarələrin ABŞ Hərbi Hava Qüvvələri və Milli Qvardiya üçün real döyüş hazırlığını təmin edən “Sentry Aloha” təlimləri çərçivəsində iştirak etdiyini bildirib.

    Verilən məlumatlarda ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi zərbə variantını müzakirə etdiyi, lakin belə bir əməliyyatın qısa müddətli, sərt və uzunmüddətli müharibəyə çevrilməməsi şərtini irəli sürdüyü qeyd olunur. NBC News-un məlumatına görə, Tramp milli təhlükəsizlik komandasına açıq şəkildə bildirib ki, hərbi gücdən istifadə ediləcəyi təqdirdə əməliyyat dərhal nəticə verməlidir.

    #ABŞ İrana qarşı Tomahawk raketlərindən istifadəni nəzərdən keçirir #Vaşinqtonun İrana mümkün hərbi zərbə planları gündəmdədir #Pentaqon İrana qarşı raket və aviazərbə variantlarını dəyərləndirir #ABŞ-ın İrana hücum ssenariləri müzakirə olunur #Tramp İrana qarşı sürətli və sərt əməliyyat istəyir #Yaxın Şərqdə ABŞ-ın hərbi imkanları diqqət mərkəzində #Washington İran’a olası askeri müdahaleyi tartışıyor #ABD İran’a Tomahawk füzeleriyle saldırı seçeneğini değerlendiriyor #Pentagon’dan İran’a yönelik askeri senaryolar #ABD İran’a hava ve füze saldırılarını masada tutuyor #Trump İran’a karşı hızlı operasyon istiyor #Ortadoğu’da ABD’nin askeri planları gündemde
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN

    29 Avqust 2026 16:44

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    "Fırtınadan əvvəlki səssizlik"... Tramp İrana qarşı müharibəni bərpa etmək qərarına gəldimi?

    17 May 2026 09:24
    XƏBƏR LENTİ

    “Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.