#Vaşinqtonun İrana mümkün hərbi zərbə planları gündəmdədir

ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi imkanlardan istifadə etməklə İrana zərbələr endirilməsi ssenarilərini dəyərləndirir. ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən Amerika esmineslərindən buraxılan “Tomahawk” tipli qanadlı raketlərin İrana qarşı tətbiqini nəzərdən keçirir. Məlumata əsasən, mümkün əməliyyat çərçivəsində ABŞ-ın regiondakı hərbi bazalarından qalxa bilən döyüş təyyarələri və bombardmançıların da istifadəsi istisna edilmir.