Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Almaniyanın ifrat sağçı partiyası Rusiyaya casusluqda ittiham olunur

    23 Dekabr 2025 13:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Almaniyanın ifrat sağçı partiyası Rusiyaya casusluqda ittiham olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası Kremlin maraqlarına xidmət edə biləcək həssas məlumatların toplanmasına cəhd göstərməkdə ittiham olunur.

    AzerVoice xəbər verir ki, Almaniyanın siyasi mərkəz partiyaları AfD-nin regional və federal parlamentlərdəki deputatlarının silah tədarük marşrutları, pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri və kritik infrastrukturla bağlı məlumatları sistemli şəkildə sorğulamasının Kreml üçün kəşfiyyat baxımından əhəmiyyət daşıya biləcəyini bildirir.

    İddiaların mərkəzində Almaniyanın Türingiya federal əyalətinin parlamentində AfD-ni təmsil edən siyasətçi Ringo Mühlmann dayanır. AfD-nin Türingiyada ən güclü siyasi qüvvə olduğu bir vaxtda Mühlmann regional hökumətə ünvanladığı yazılı sorğularla Ukraynaya yönələn Qərb silah daşımaları, onların yol, dəmir yolu üzrə hərəkəti, dayanacaqları, eləcə də yerli polis qüvvələrinin dronlara qarşı istifadə etdiyi texniki vasitələr barədə detallı məlumat tələb edib.

    Türingiya daxili işlər naziri Georg Maier bu sorğuları “hibrid təhdidlərə” həddən artıq maraq kimi qiymətləndirərək bildirib ki, AfD-nin fəaliyyəti Moskvanın Avropaya qarşı apardığı hibrid müharibə kontekstində ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, regional parlamentin səlahiyyətlərinə daxil olmayan xarici və müdafiə siyasəti məsələlərinin ardıcıl şəkildə gündəmə gətirilməsi şübhə yaradır.

    AfD rəhbərliyi isə ittihamları rədd edir. Partiyanın həmsədri Tino Çrupalla bu sorğuların vətəndaşların təhlükəsizlik narahatlıqları ilə bağlı olduğunu iddia edərək, Kremlin maraqlarına xidmət edilməsi barədə səsləndirilən fikirləri əsassız və təxribat xarakterli adlandırıb.

    Bununla yanaşı, Almaniya Bundestaqında kəşfiyyat xidmətlərinə nəzarət edən xüsusi komitənin sədri Marc Henrichmann bildirib ki, ayrı-ayrılıqda zərərsiz görünən parlament sorğuları bütövlükdə təhlil edildikdə silah marşrutları, yardım xətləri və hərbi logistika barədə qiymətli mənzərə yarada bilər ki, bu da xarici kəşfiyyat qurumları üçün risklidir.

    Mediada yer alan məlumatlara görə, AfD fraksiyaları 2020-ci ildən bəri Almaniyanın federal və regional parlamentlərində 7 mindən çox təhlükəsizlik mövzulu sorğu təqdim edib ki, bu da digər partiyalarla müqayisədə xeyli çoxdur. Türingiyada isə bu qanunvericilik dövründə verilən təhlükəsizlik suallarının təxminən 70 faizi AfD-nin payına düşür. Yerli kəşfiyyat orqanları AfD-ni həmin əyalətdə “ekstremist qurum” kimi də qiymətləndirib.

    Siyasi analitiklər bildirirlər ki, AfD-nin parlament sorğularından bu cür intensiv istifadə etməsi yeni deyil. Trier Universitetinin tədqiqatçısı Anna-Sophie Heinze qeyd edib ki, partiya bu aləti həm dövlət qurumlarının işini yükləmək, həm də siyasi rəqiblərini izləmək üçün istifadə edir.

    #Almaniya #Rusiya #Moskva #Kremlin #AfD Almaniya #Almaniya ifrat sağçı partiya #Kremlin təsiri Almaniya siyasəti #Rusiya kəşfiyyatı Avropa #Almaniya parlament sorğuları #Ukraynaya silah tədarükü #Almaniya daxili təhlükəsizlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

    28 Avqust 2026 15:09

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

    28 Avqust 2026 11:18

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    Misir və Rusiya xarici işlər nazirləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

    27 Avqust 2026 18:10

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.