Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb - Əraqçi

    12 Sentyabr 2025 17:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb - Əraqçi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Əraqçi müsahibəsində bildirib.

    “Nüvə materiallarımızla bağlı hər şey bombalanan obyektlərin dağıntılarının altındadır. Bu materialların əlçatan olub-olmaması və bir hissəsinin vəziyyəti hazırda İran Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilir”- deyə o bildirib.

    Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.

    Əraqçi BMT sanksiyalarının bərpa olunacağı təqdirdə Tehranın cavabının “qəti” olacağını vurğulayıb.

    “Bu reaksiyanın forması və miqyası Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcək. Çünki məsələ artıq ölkənin xarici siyasətində ən mühüm gündəm mövzularından birinə çevrilib”- deyə o qeyd edib.

    Nazir, İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxma ehtimalına da toxunub.

    “Zaman-zaman NPT-dən çıxmaq məsələsi gündəmə gəlib, lakin İranın seçimləri təkcə bununla məhdudlaşmır. Hansı seçim ölkənin maraqlarına daha yaxşı xidmət edəcəksə, o qərar qəbul ediləcək”- deyə nazir vurğulayıb.

    Əraqçi həmçinin Misirin paytaxtı Qahirədə İran ilə MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) arasında imzalanan razılaşmaya da toxunub. Onun sözlərinə görə, bu mərhələdə heç bir yoxlamaya icazə verilməyib, gələcəkdə həyata keçiriləcək monitorinqlər isə əlavə müzakirə və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqindən asılı olacaq.

    #İsrail #İran #ABŞ #Misir #Tel-Əviv #Tehran #MAQATE #Vaşinqton #Abbas Əraqçi #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İranın nüvə danışıqları #İran–ABŞ danışıqları #İsrailin İran hücumu #Nüvə silahlarının yayılmaması #npt #İran-MAQATE münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    3 Sentyabr 2026 09:09

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18
    XƏBƏR LENTİ

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.