Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Petro ABŞ-a sərt cavab verdi - Məni həbs edə bilərsiniz

    27 Avqust 2025 10:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Petro ABŞ-a sərt cavab verdi - Məni həbs edə bilərsiniz
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Kolumbiya prezidenti Qustavo Petro, ABŞ konqresmeni Karlos Gimenezin həbs təhdidinə sərt reaksiya verərək, “Sizin Latın Amerikasında xalq tərəfindən seçilmiş dövlət başçısını mühakimə etməyə haqqınız yoxdur,” - deyə bildirib.

    AzerVoice xəbər verir ki, Petro, X platformasında Gimenezin “Qustavo Petro öz həbs cəzasına imza atdı” sözlərinə cavab olaraq, “Siz Pinoçeti mühakimə edə bilərdiniz, amma o sizin müttəfiqiniz idi. Venesuelaya daşınan kokain alanlara dair sübutlarım var. Əgər həqiqət həbsxana deməkdirsə, mən həbsxanaya gedəcəm,” - ifadəsini işlədib.

    Gimenez, Petronun “Cartel de los Soles kimi təşkilat yoxdur” sözlərinə reaksiya verərək, bunun “son dərəcə ciddi ittiham” olduğunu və ABŞ Konqresinin buna zarafat kimi baxmayacağını bildirib. Petro isə bu iddianı “ifrat sağçıların hökumətləri devirmək üçün bəhanəsi” kimi qiymətləndirib. O, avqustun 26-da “Kartel de los Soles”in mövcud olmadığını, bunun ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu hədəf almaq üçün uydurulduğunu iddia edib.

    Qeyd edək ki, ABŞ, Maduronu “Kartel de los Soles”in lideri kimi ittiham edir və onun həbsi üçün mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəldib. İyulun 25-də ABŞ Maliyyə Nazirliyi bu təşkilatı “Xüsusi Təyin olunmuş Qlobal Terrorçular” siyahısına daxil edib.

    Petronun ABŞ-ın Venesuela siyasətinə qarşı mövqeyi və deportasiya qadağası Kolumbiya-ABŞ münasibətlərini gərginləşdirib. X platformasında yayılan fikirlər, Petronun açıqlamalarının Latın Amerikasında ABŞ-ın təsirini zəiflətmək cəhdi kimi qiymətləndirildiyini göstərir.

    #ABŞ #Venesuela #Latın Amerikası #Nikolas Maduro #Kolumbiya #Qustava Petro #deportasiya #narkotik ticarəti #Venesuela xəbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    21 İyul 2026 19:05
    XƏBƏR LENTİ

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.