Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump-a İsrailin Baş naziri Benjamin Netanyahu ilə “arasına məsafə qoyması” çağırışı edib. Kolumbiya lideri çıxışında Yaxın Şərqdə davam edən qarşıdurmalara toxunaraq Ceksonu Amerika qitəsində Afrika mənşəli xalqların azadlıq mübarizəsinin “canlı simvolu” adlandırıb.
#Qustava Petro
ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petro ilə telefon danışığı apardığını və tezliklə Ağ Evdə onunla görüşmək niyyətində olduğunu bildirib. Bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın açıqlamaları və ABŞ dövlət katibi Marko Rubionun mövqeyi ilə bağlı sərt bəyanatla çıxış edib. Petro bildirib ki, Trampın ingilis dilində səsləndirdiyi fikirlərin Kolumbiya mətbuatında necə tərcümə olunduğunu dəqiqləşdirdikdən sonra mövzuya münasibət bildirəcək və “qanunsuz təhdid” kimi qiymətləndirilən açıqlamaların real məzmunu aydınlaşmadan cavab verməyəcək.
Kolumbiya prezidenti Qustavo Petro, ABŞ-ın Karib dənizi və Sakit okeandakı əməliyyatlarına etiraz edərək, ABŞ təhlükəsizlik qurumları ilə əlaqə və kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıldığını açıqlayıb. Prezident Petro bu barədə ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edib və ABŞ-ın bölgədə apardığı əməliyyatlara toxunub.
Petro, X platformasında Gimenezin “Qustavo Petro öz həbs cəzasına imza atdı” sözlərinə cavab olaraq, “Siz Pinoçeti mühakimə edə bilərdiniz, amma o sizin müttəfiqiniz idi. Venesuelaya daşınan kokain alanlara dair sübutlarım var. Əgər həqiqət həbsxana deməkdirsə, mən həbsxanaya gedəcəm,” - ifadəsini işlədib. Gimenez, Petronun “Cartel de los Soles kimi təşkilat yoxdur” sözlərinə reaksiya verərək, bunun “son dərəcə ciddi ittiham” olduğunu və ABŞ Konqresinin buna zarafat kimi baxmayacağını bildirib. Petro isə bu iddianı “ifrat sağçıların hökumətləri devirmək üçün bəhanəsi” kimi qiymətləndirib. O, avqustun 26-da “Kartel de los Soles”in mövcud olmadığını, bunun ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu hədəf almaq üçün uydurulduğunu iddia edib.