Venesuelada baş vermiş dağıdıcı zəlzələlər fonunda humanitar yardımın çatdırılması ilə bağlı çağırışlar davam edir. Müxalifət lideri Edmundo Qonzales beynəlxalq ictimaiyyəti zərərçəkən əhaliyə yardım göstərməyə səsləyərək bunun heç bir siyasi və ya inzibati şərtə bağlanmamalı olduğunu bildirib. Onun sözlərinə görə, humanitar yardım yalnız ehtiyacı olan insanlara çatdırılmalı və nəzarət vasitəsinə çevrilməməlidir. Qonzales ölkədə yaranmış ağır vəziyyətin uzun illər ərzində dövlət idarəçiliyində toplanmış problemlərlə də əlaqəli olduğunu qeyd edib. O, zəlzələdən zərər çəkən insanların təxirəsalınmaz yardıma ehtiyacı olduğunu vurğulayıb. Venesuelada axtarış-xilasetmə əməliyyatları və beynəlxalq yardım səyləri davam etdiyi bir vaxtda humanitar dəstəyin maneəsiz çatdırılması əsas məsələlərdən biri kimi qiymətləndirilir. Ölkədəki siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq təşkilatlar humanitar prinsiplərin qorunmasının vacibliyini ön plana çəkirlər. Zərərçəkənlərin ehtiyaclarının vaxtında qarşılanması fəlakətin nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayacaq.
#Nikolas Maduro
Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra beynəlxalq yardımın təşkilində siyasi və iqtisadi amillər də gündəmə gəlib. Mütəxəssislər hesab edirlər ki, ölkəyə tətbiq olunan və sonradan qismən yumşaldılan sanksiyalar humanitar yardımın çatdırılması prosesinə təsir göstərə bilər. Hazırkı hökumətin ABŞ administrasiyası ilə münasibətlərinin sabitləşməsi iqtisadi əlaqələrin müəyyən qədər bərpasına şərait yaradıb. Bunun nəticəsində ABŞ şirkətləri və maliyyə qurumları ilə əməkdaşlıq imkanları genişlənib. Bununla belə, yardım təşkilatları fəlakət bölgələrinə maliyyə və logistika dəstəyinin maneəsiz çatdırılması məsələsini diqqətdə saxlayırlar. Humanitar ehtiyacların sürətlə artdığı bir vaxtda beynəlxalq əməkdaşlığın daha çevik mexanizmlərlə həyata keçirilməsinin vacibliyi vurğulanır. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün genişmiqyaslı beynəlxalq dəstək davam edir. Ekspertlər hesab edirlər ki, humanitar yardımın siyasi məsələlərdən kənarda saxlanılması zərərçəkən əhali üçün həyati əhəmiyyət daşıyır.
Venesuela ordusu və polisi ölkənin müvəqqəti prezidenti Delsi Rodriqesə sadiqlik andı içib. Bu hadisə ABŞ dövlət katibi Marko Rubionun Rodriqesə "Vaşinqtonla əməkdaşlıqdan imtina edəcəyi təqdirdə taleyinin Nikolas Maduro kimi olacağı" barədə xəbərdarlığından dərhal sonra baş verib.
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes ölkənin neft sənayesinə daha çox xarici investisiyanın cəlb edilməsini nəzərdə tutan islahatların qəbulu üçün parlamentə müraciət edib. ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi 3 yanvar hücumundan sonra ilk dəfə xalqa müraciət edən Rodriqes ölkənin neft ehtiyatları ilə bağlı yeni vizyonunu təqdim edib. O, xarici şirkətlərin ölkənin enerji resurslarına çıxışını təmin edəcək hüquqi islahatların vacibliyini vurğulayıb. Rodriqes bildirib ki, Venesuela enerji sektorundan əldə etdiyi məhsulları dünya bazarlarında sərbəst ticarət əlaqələri çərçivəsində sata bilər.
2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sədr müavini, briqada generalı Əhməd Vahidi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını şərh edərkən bildirib. Vahidi qeyd edib ki, ABŞ hazırda strateji tənəzzül mərhələsindədir və əvvəllər qlobal üstünlük üçün istifadə etdiyi mexanizmlər effektivliyini itirib. Onun sözlərinə görə, Vaşinqton bu səbəbdən məqsədlərinə çatmaq üçün güc tətbiqi, müharibə, terror və talan siyasətinə üstünlük verir.
Venesuela müxalifətinin lideri Maria Corina Maçado ölkəsinə “mümkün olan ən qısa zamanda” qayıdacağını bəyan edib və Karakasda fəaliyyət göstərən müvəqqəti rəhbərliyi sərt tənqid edib. Maria Korina Maçado ABŞ ordusunun Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmasından sonra ilk ictimai açıqlamasını verərək geri dönmək niyyətində olduğunu bildirib.
Venesuelanın xarici işlər naziri Yvan Gil Pinto ABŞ-ın ölkəsinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni qınadığına görə İrana təşəkkür edib. Yvan Gil Pinto İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin mətbuat konfransında Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Floresin oğurlanması ilə bağlı səsləndirdiyi fikirlərin bir hissəsini rəsmi X hesabında paylaşaraq Tehranın mövqeyini yüksək qiymətləndirib.
İsveçrə Federal şurası, ABŞ tərəfindən alıdılan Venezuela Prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin İsviçrə ərazisindəki bütün mal-mülkünü dondurma qərarı alıb.
Nikolas Maduro həyat yoldaşı ilə bilrikdə ABŞ-nin Manhetten məhkəmə binasına aparılıb.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın açıqlamaları və ABŞ dövlət katibi Marko Rubionun mövqeyi ilə bağlı sərt bəyanatla çıxış edib. Petro bildirib ki, Trampın ingilis dilində səsləndirdiyi fikirlərin Kolumbiya mətbuatında necə tərcümə olunduğunu dəqiqləşdirdikdən sonra mövzuya münasibət bildirəcək və “qanunsuz təhdid” kimi qiymətləndirilən açıqlamaların real məzmunu aydınlaşmadan cavab verməyəcək.
Venesuela Prezidenti Nikolas Maduro bu gün ABŞ-ın Nyu-York şəhərində məhkəmə qarşısına çıxacaq. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Maduro, həyat yoldaşı, oğlu Nikolas Maduro Guerra, Venesuelanın daxili işlər naziri Diosdado Cabello, keçmiş daxili işlər naziri Ramon Rodriqez Çacín və “Tren de Araqua” cinayət qruplaşmasının lideri Hector Rusthenford Guerrero Flores barəsində tərtib edilmiş ittiham aktı üzrə məxfilik əvvəlki gün aradan qaldırılıb.