#deportasiya

Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib. Layihə çərçivəsində elmi konfrans, milli geyim sərgisi və Qərbi Azərbaycan mətbəxindən furşet təqdim olunub. Tədbir zamanı azərbaycanlıların tarixən yaşadıqları torpaqlardan deportasiyalara məruz qalması, maddi və qeyri-maddi mədəni irsin qorunması məsələləri müzakirə olunub. Məqsəd Qərbi Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə çatdırmaq, qorumaq və ümumtürk mədəni irsi ilə bağlı məlumatları yaymaqdır.

ABŞ administrasiyası Livandan olan minlərlə şəxsin ölkədə qanuni qalma və işləmə hüququ ilə bağlı mühüm qərar qəbul edib. Rəsmi məlumatlara görə, Müvəqqəti Qoruma Statusu proqramı çərçivəsində ABŞ-da yaşayan Livan vətəndaşlarının hüquqları əlavə müddət üçün uzadılıb. Qərar Livanda davam edən qeyri-sabit vəziyyət və humanitar risklər fonunda qəbul edilib. Mütəxəssislər hesab edirlər ki, bu addım hazırda ABŞ-da yaşayan minlərlə Livan vətəndaşı üçün hüquqi status və iş imkanlarının qorunması baxımından əhəmiyyətli rol oynayacaq.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yönələn flotiliyanın iştirakçılarının mümkün qədər tez deportasiya edilməsi üçün göstəriş verdiyini açıqlayıb. Netanyahu flotilaları dayandırmaq üçün “tam hüquqa malik olduğunu” iddia etsə də, onun ifrat sağçı müttəfiqi İtamar Ben-Qvirin fəallarla rəftarı barədə “İsrailin dəyərlərinə və normalarına uyğun olmadığını” bildirib. Netanyahu qeyd edib: “Mən müvafiq qurumlara təxribatçıların mümkün qədər tez deportasiya olunması barədə göstəriş vermişəm.”

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkədə viza müddətini qanunsuz olaraq ötürən əcnəbilərin 50 000 Səudiyyə riyalına (təxminən 13 300 dollar) qədər pul cəzası, altı aya qədər həbs və ölkədən deportasiya olunma təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.

TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə toplanan fövqəladə iclasda nazir Hakan Fidan, İsrailin Qəzzada törətdiyi vəhşilikləri “bəşər tarixinin qaranlıq səhifəsi” kimi qiymətləndirib. Fidan, “İsrailin Fələstində, xüsusən Qəzzada ehtiyatsız hücumları davam edərsə, bu, təkcə fələstinlilərə deyil, bütün bölgəyə təsir edəcək,” – deyə bildirib. Nazir, Fələstinlilərin Qəzzadan deportasiyasını nəzərdə tutan planı qəbul etmədiklərini vurğulayaraq, “Kimin təklif etməsindən asılı olmayaraq, bu plan bizim üçün etibarsızdır,” – deyib. O, Türkiyənin İsraillə ticarəti tamamilə dayandırdığını, türk gəmilərinin İsrail limanlarına getməsinə və İsrail təyyarələrinin Türk hava məkanına daxil olmasına icazə verilmədiyini açıqlayıb.

Petro, X platformasında Gimenezin “Qustavo Petro öz həbs cəzasına imza atdı” sözlərinə cavab olaraq, “Siz Pinoçeti mühakimə edə bilərdiniz, amma o sizin müttəfiqiniz idi. Venesuelaya daşınan kokain alanlara dair sübutlarım var. Əgər həqiqət həbsxana deməkdirsə, mən həbsxanaya gedəcəm,” - ifadəsini işlədib. Gimenez, Petronun “Cartel de los Soles kimi təşkilat yoxdur” sözlərinə reaksiya verərək, bunun “son dərəcə ciddi ittiham” olduğunu və ABŞ Konqresinin buna zarafat kimi baxmayacağını bildirib. Petro isə bu iddianı “ifrat sağçıların hökumətləri devirmək üçün bəhanəsi” kimi qiymətləndirib. O, avqustun 26-da “Kartel de los Soles”in mövcud olmadığını, bunun ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu hədəf almaq üçün uydurulduğunu iddia edib.

Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatına qarşı əməliiyat keçirilib. İŞİD-ə maliyyə dəstəyi verən və təşkilat daxilində silahlı fəaliyyət göstərən şəxslərin saxlanılması məqsədilə həyata keçirilən əməliyyat çırçivəsində 5 milyon lirədən artıq maliyyə dövriyyəsinə sahib olduğu müəyyən edilən 6 nəfər saxlanılıb. Məhkəməyə çıxarılan şübhəlilərdən 4-ü həbs olunub, 2-si isə deportasiya edilib. Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD-ə qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlamışdı.