Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Portuqaliya və İspaniyada yanğınlarla mübarizə davam edir

    4 Avqust 2025 13:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Portuqaliya və İspaniyada yanğınlarla mübarizə davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Portuqaliya və İspaniya yay fəslinin ikinci isti dalğası səbəbindən meşə yanğınlarına qarşı yüksək hazırlıq və həyəcan rejiminə keçib.

    AzerVoice xəbər verir ki, Portuqaliya hökuməti ölkənin mərkəzi və şimal bölgələrində temperaturun kəskin artması və artan yanğın riski səbəbindən ən yüksək hazırlıq rejimini elan edib. Hər iki ölkədə yüzlərlə yanğınsöndürən və texnika səfərbər olunub, bəzi bölgələrdə meşə ərazilərinə giriş qadağan edilib.

    Hazırda Portuqaliyanın Vila Real, Celorico de Basto, Fafe və Arcos de Valdevez bölgələrində genişmiqyaslı meşə yanğınları davam edir.

    Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyinin (ANEPC) rəsmisi Pedro Araujo bildirib ki, təkcə şimal bölgələrindəki iki böyük yanğının söndürülməsinə 600-dən çox yanğınsöndürən və 216 texnika cəlb olunub. Səhər saatlarından etibarən söndürmə işlərinə hava qüvvələri də dəstək verir.

    Portuqaliyanın Daxili işlər naziri Maria Lucia Amaral həftəni “çətin bir dönəm” kimi xarakterizə edərək, istilərlə əlaqədar olaraq meşəlik ərazilərə girişin, açıq havada ocaq qalamağın, kənd təsərrüfatı texnikasının istifadəsinin və pirotexniki vasitələrin işlədilməsinin qadağan edildiyini açıqlayıb.

    Portuqaliyanın Pireney yarımadasındakı qonşusu İspaniyada da vəziyyət gərgindir. Ölkənin altı muxtar bölgəsində istilərlə əlaqədar meşə yanğınlarına qarşı fövqəladə tədbirlər görülür.

    Qalisiya və Ekstremadura bölgələrində iki aktiv yanğınla mübarizə aparılır. Ötən həftə Qalisiyada 1350 hektar meşə sahəsi yanaraq məhv olub.

    İspaniya Meteorologiya İnstitutu (AEMET) avqustun 3-də ölkənin cənubundakı Badajoz və Ciudad Real şəhərlərində temperaturun 43°C-ni keçdiyini bildirib. Sinoptiklərin proqnozuna görə, isti hava dalğası gələn bazar gününə qədər davam edəcək.

    Son illərdə iqlim dəyişikliyi ilə əlaqədar olaraq, Avropada istilik dalğalarının və meşə yanğınlarının sayı və şiddəti artır. Uzmanlar, xüsusilə cənub ölkələrində yay aylarında yanğın riskinin daha erkən başladığını və daha uzun sürdüyünü bildirirlər.

    #yanğın #İspaniya #Portuqaliya #meşə yanğını #isti hava #istiləşmə #yanğınsöndürən #qlobal istilik #qlobal istiləşmə #isti hava şəraiti #yanğın xəbərdarlığı #şiddətli istilər #qlobal istiləşmə təhlükələri #yanğınla bağlı təxliyə #Yanğın səbəbindən təxliyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    5 İyun 2026 18:52

    İspaniya ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etməyəcək

    2 İyun 2026 18:39

    İniesta BƏƏ-də baş məşqçi oldu

    2 İyun 2026 13:39

    Vinisus Realdan gedir?

    27 May 2026 13:32

    Karrik Fernandesin Yunayteddə qalacağını təsdiqlədi

    25 May 2026 11:31

    Mourinyo Kroosu yanına gətirir?

    23 May 2026 11:57

    Qəzzaya yola çıxan 44 fəal İspaniyaya deportasiya olunacaq

    21 May 2026 11:56

    BMT Təhlükəsizlik Şurasına nüvə obyektində baş verən insident barədə hesabat veriləcək

    19 May 2026 22:25

    Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır

    19 May 2026 14:46

    Mourinyo Real Madrid ilə iki illik müqavilə imzalayacaq

    18 May 2026 13:39

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59
    XƏBƏR LENTİ

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Livan ordusunun baş komandanı Pakistana yola düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.