Mütəxəssislər qlobal temperatur artımının indiyədək qəbul edilən proqnozlardan xeyli sürətlə getdiyini müəyyən edərək iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq ediblər. Alimlər təcili “toparlanma planı”nın hazırlanmasına çağırır, bildirirlər ki, dünya həm qlobal isinmənin real sürətini, həm də bunun iqtisadi nəticələrini ciddi şəkildə qiymətləndirməyib. Böyük Britaniyanın Exeter Universitetinin hazırladığı yeni hesabatda qlobal temperaturun əvvəlki elmi modellərdə nəzərdə tutulduğundan daha sürətlə artdığı vurğulanır. Hesabata əsasən, mövcud tendensiyalar davam edərsə, Yer kürəsinin 2050-ci ildən əvvəl sənayeöncəsi dövrlə müqayisədə 2 dərəcədən artıq isinməsi artıq yüksək ehtimal kimi qiymətləndirilir.
#şiddətli istilər
İspaniya Meteorologiya İnstitutu (AEMET) 3–18 avqust tarixlərində müşahidə olunan isti dalğasının ölkə tarixində ən şiddətlisi olduğunu açıqlayıb. Qeyd olunub ki, bu müddət ərzində temperatur normadan 4,6 dərəcə yüksək olub. Müqayisə üçün, 2022-ci ilin iyulunda müşahidə edilən əvvəlki rekord isti dalğasında temperatur normadan 4,5 dərəcə yuxarı qalxmışdı. AEMET həmçinin bildirib ki, davamlı yüksək temperatur insanların sağlamlığına ciddi təsir göstərib, meşə yanğınlarının güclənməsinə səbəb olub. Statistikaya görə, 1975–1999-cu illərdə İspaniyada ümumilikdə 44 isti dalğası (212 gün) qeydə alınıbsa, 2000–2024-cü illərdə bu göstərici 90 isti dalğası (417 gün) təşkil edib. Son illərdə isti dalğalarının təsir etdiyi əyalətlərin sayı da 36-dan 44-ə yüksəlib.
Avqustun 23-də paytaxt Tehran da daxil olmaqla ən azı 13 əyalətdə dövlət qurumlarının fəaliyyətinə ara verilib. Qərarın, yüksək temperaturun yaratdığı enerji istehlakının qarşısını almaq və ölkənin enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi bildirilib. Məlumata görə, Əlburz, Yəzd, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan da qərara daxil olan əyalətlər arasındadır. Digər bölgələrdə isə iş saatları səhər 06:00-dan 11:00-a endirilib.
Portuqaliyada davam edən həddindən artıq istilər səbəbindən ölkədə artıq iki gündür yüksək hazırlıq vəziyyəti elan olunub.Şimal bölgələrində yayılan meşə yanğınları ilə mübarizə çətinləşir.
Portuqaliya hökuməti ölkənin mərkəzi və şimal bölgələrində temperaturun kəskin artması və artan yanğın riski səbəbindən ən yüksək hazırlıq rejimini elan edib. Hər iki ölkədə yüzlərlə yanğınsöndürən və texnika səfərbər olunub, bəzi bölgələrdə meşə ərazilərinə giriş qadağan edilib.
Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.
İngiltərədə ekstremal istilər nəticəsində su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edilib.
Çilidə aparılan araşdırmaya əsasən, buz dövrünün sonlarında Pataqoniyada buzlaqların əriməsi Moço-Çoshuenko vulkanında güclü püskürmələrə yol açıb.
Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin cənub və qərb bölgələrində iyulun ilk günlərində ekstremal istilərin təsirli olacağı barədə xəbərdarlıq yayıb.
Nyu-York şəhəri və ətraf bölgələrdə temperaturun kəskin yüksəlməsi səbəbilə fövqəladə vəziyyət elan olunub.