Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Hizbullah dağılma və sabitlik arasında seçim etməlidir - Aun

    31 İyul 2025 18:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hizbullah dağılma və sabitlik arasında seçim etməlidir - Aun
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Hizbullah dağılma və sabitlik arasında seçim etməlidir.

    AzerVoice xəbər verir ki, bu sözlər Livan prezidenti Cozef Aunun, Müdafiə Nazirliyində şəhid əsgərlərin xatirəsinə həsr olunmuş mərasimdə "silahın yalnız dövlətin əlində olması" prinsipinə dair hazırlanmış və gələn həftə Nazirlər Kabinetində müzakirəyə çıxarılacaq memorandumun detalları ilə bağlı açıqlamasında yer alıb. Bu prinsip əsasən Hizbullahın silahsızlaşdırılması ilə əlaqəlidir.

    Aun, bildirib ki, Livan ABŞ tərəfindən təqdim olunmuş plana dəyişikliklər edib. Memorandumun əsas bəndləri arasında İsrailin hücumlarının dərhal dayandırılması, əsirlərin azad edilməsi, dövlətin bütün ərazilərində suverenliyinin təmin olunması və bütün silahlı qrupların, o cümlədən Hizbullahın silahlarının orduya təhvil verilməsi yer alır. Eyni zamanda, Livan ordusu və təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün illik 1 milyard dollar yardım təklifi və ölkənin yenidən qurulması üçün beynəlxalq donor konfransının keçirilməsi də təklif olunub.

    Suriya ilə bağlı məsələlərə toxunan Aun, ABŞ, Fransa, Səudiyyə Ərəbistanı və BMT-nin dəstəyi ilə Suriya ilə quru və dəniz sərhədlərinin müəyyənləşdirilməsi və qaçqın probleminin həlli üzərində işlədiklərini bildirib.

    Aun qeyd edib ki, siyasi qüvvələrin hamısı bu tarixi fürsətdən istifadə edərək silahın yalnız dövlətin nəzarətində olması prinsipini dəstəkləməlidir.

    “Əgər dövlətə güvənməsəniz, qurbanlarınız boşa çıxacaq və Livan dövləti tamamilə süqut edəcək” - deyə, o Hibullaha müraciət edib.

    O, həmçinin bildirib ki, bu memorandum İsrailin hərbi cinayətlərinin qarşısını almaq, işğal olunmuş ərazilərdən geri çəkilməsini təmin etmək, Livan sərhədlərini rəsmi şəkildə müəyyənləşdirmək və bölgədə sabitliyi bərpa etmək baxımından mühüm sənəddir.

    #Livan #Hizbullah #İsrail və Hizbullah qarşıdurması #Hizbullahın Livandakı təsiri #Hizbullah və Livan hökuməti #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Hizbullahın silahsızlaşdırılması #Cözef Aun və Hizbullah #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.