Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiya və Ukrayna üç ildən sonra birbaşa sülh danışıqlarına başlayır

    16 May 2025 11:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiya və Ukrayna üç ildən sonra birbaşa sülh danışıqlarına başlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün İstanbulda üç ildən sonra ilk dəfə birbaşa sülh danışıqlarına başlayır.

    AzerVoice xəbər verir ki, danışıqlar, ABŞ Prezidenti Donald Trampın hər iki tərəfə təzyiq göstərərək münaqişəyə son qoymağa çağırdığı bir vaxtda baş tutur.

    Görüş, Boğaziçi sahilində yerləşən Türkiyə Prezident Administrasiyasının Dolmabahçə İş Ofisində keçiriləcək. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ilk olaraq saat 11:45-də Türkiyə, ABŞ və Ukrayna rəsmiləri arasında üçtərəfli görüş baş tutacaq. Daha sonra isə saat 13:30-da Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri bir araya gələcək.

    Sülh danışıqları 2022-ci ilin martından bəri tərəflər arasında keçiriləcək ilk birbaşa təmas olacaq. Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin birbaşa görüş çağırışını rədd etsə də, danışıqlara orta səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti göndərib. Ukrayna lideri bu addımı “dekorativ iştirak” adlandıraraq, Putinin müharibəni bitirməkdə səmimi olmadığını bildirib.

    Rusiya isə danışıqlara 2022-ci ilin əvvəlində yenə İstanbulda keçirilmiş görüşlərin davamı kimi baxdığını bəyan edib. Lakin həmin vaxt müzakirəyə çıxarılan şərtlər, o cümlədən Ukrayna ordusunun azaldılması tələbi Kiyev üçün olduqca əlverişsiz idi.

    Hazırda Rusiyanın Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarət etdiyi bir şəraitdə, Kreml Kiyevdən ərazi güzəştləri, NATO-ya üzvlükdən imtina və neytral status tələblərində israrlıdır. Ukrayna isə bu şərtləri qətiyyətlə rədd edir və ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətdən təhlükəsizlik zəmanəti tələb edir.

    Danışıqlarda ABŞ-ı Dövlət Departamentinin Siyasət Planlaşdırması Direktoru Maykl Anton, Rusiya tərəfini isə Kremlin müşaviri Vladimir Medinski, müdafiə və xarici işlər nazirinin müavinləri, eləcə də hərbi kəşfiyyat rəhbəri təmsil edir.

    Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Heyətdə həmçinin Ukrayna kəşfiyyat orqanlarının, Silahlı Qüvvələrin Baş Qərargahının və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndələri yer alıb.

    #Türkiyə #İstanbul #Rusiya #ABŞ #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Vladimir Putinə #Rusiya-Ukrayna müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    20 İyul 2026 20:47

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    20 İyul 2026 20:36

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    20 İyul 2026 20:17

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    20 İyul 2026 20:09

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.