Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrail Qəzzada tibbi ləvazimat daşıyan yardım karvanını vurub

    31 Avqust 2024 10:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Qəzzada tibbi ləvazimat daşıyan yardım karvanını vurub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Qəzzada ABŞ-ın yardım təşkilatının rəhbərlik etdiyi tibbi ləvazimatları daşıyan konvoya İsrail tərəfindən hücum edildi.

    AzerVoice xəbər verir ki, Amerika Yaxın Şərq Qaçqınlara Yardım Təşkilatı (Anera) cümə günü verdiyi açıqlamada, İsrailin Qəzza zolağında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus çöl xəstəxanasına tibbi ləvazimat və yanacaq daşıyan konvoya raket zərbəsi endirdiyini, nəticədə yerli nəqliyyat şirkətindən bir neçəsinin həlak olduğunu bildirib.

    İsrail heç bir sübut təqdim etmədən silahlı şəxslərin konvoyu ələ keçirdikdən sonra atəş açdığını iddia edib.

    Anera-nın Fələstin direktoru Sandra Rasheed, cümə axşamı Qəzza zolağında Səlahəddin yolunda hərəkət edən maşın karvanındaki ilk avtomobilin vurulduğunu və yardım agentliyinin Rəfahdakı Əmirlik Qızıl Aypara xəstəxanasına ləvazimat gətirmək üçün istifadə etdiyi nəqliyyat şirkətində işləyən bir neçə nəfərin öldüyünü söylədi.

    Rasheed açıqlamasında, Anera tərəfindən koordinasiya edilən və İsrailin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilən konvoyda bir Anera əməkdaşının da olduğunu və hücumdan xəsarət almadan sağ qaldığını bildirib.

    Onu da əlavə edək ki, hücum ABŞ-ın İsrail tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) avtomobillərinə edilən hücumlarını tənqid edərək, BMT və humanitar təşkilatlara qarşı hücum və təhdidlərə son qoymağa çağırdığı bir vaxtda baş verib.

    Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada humanitar vəziyyətlə bağlı cümə axşamı keçirilən iclasında ABŞ səfirinin müavini Robert Vud bildirib ki, İsrail ordusu BMT-nin Qida Agentliyinin (WFP) dəqiq nişanlanmış avtomobilini dəfələrlə atəşə tutub və bu maşının Qəzzanın mərkəzindəki Vadi körpüsündə İsrail hərbi nəzarət məntəqəsinə doğru irəliləyərkən vurulduğunu əlavə edib. Həmçinin, avtomobilin İsrailin rəsmi nümayəndələrindən icazə aldığı də bildirilib.

    İsrail Qəzzada tibbi ləvazimat daşıyan yardım karvanını vurub
    İsrail Qəzzada tibbi ləvazimat daşıyan yardım karvanını vurub
    #Qəzza #İsrail #Fələstin #BMT #ABŞ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran genişmiqyaslı iqtisadi müharibə şəraitindədir - Qalibaf

    27 Avqust 2026 18:07

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    27 Avqust 2026 17:15

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    26 Avqust 2026 21:58

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24
    XƏBƏR LENTİ

    Misir və Rusiya xarici işlər nazirləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

    İran genişmiqyaslı iqtisadi müharibə şəraitindədir - Qalibaf

    İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    İranın nüvə obyektlərini yenidən qurduğuna dair əsaslı sübut yoxdur - MAQATE

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzalayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.