Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

    13 Avqust 2026 16:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə şəhərində imzalanan Məkkə sazişi bütün dünyada geniş əks-səda doğurub. Səudiyyə Ərəbistanı ilə Pakistan arasında illərdir hərbi alanda sıx işbirliyi var. Hətta ötən il tərəflər müdafiə sazişi də imzalayıblar.

    Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyənin də formata qoşulması beynəlxalq siyasətdə “Yaxın Şərqin ilk müdafiə çətiri” konsepsiyasını gündəmə gətirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sazişlə bağlı açıqlamasında bildirib ki, bu ittifaq heç bir ölkəyə qarşı yönəlməyib. Onun sözlərinə görə, regionun rifahını qarşısına məqsəd qoyan bütün qardaş dövlətlərə alyansın qapıları açıqdır. Lakin Məkkə sazişi ilə bağlı bütün ölkələr eyni mövqe nümayiş etdirmir. Hindistanın "Aaj Tak" qəzeti sazişin uğur qazanma ehtimalının az olduğunu yazıb. İsrail mətbuatı Yunanıstan və Kiprlə yaxınlaşmaya diqqət çəkib. “The Jerusalem Post” qəzeti yazır ki, Məkkə paktı İsrail-Hindistan münasibətlərinin daha da dərinləşməsinə səbəb ola bilər.

    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını həqiqətənmi yenidən formalaşdırır?

    VOA xəbər verir ki, mövzu ilə bağlı Sherg.az-a açıqlama verən siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, İslam dünyasında bu və ya bənzər ittifaqların təsis olunması təqdirəlayiq haldır:

    “Çünkü buna ehtiyac var idi. Lakin ümumi təcrübəyə baxdığımız zaman bəzi istisnalar olmaq şərtilə, hərbi sahədə müdafiə əməkdaşlığının bir o qədər də effektiv olmadığını görə bilirik. Xüsusilə də bu, Yaxın Şərq dövlətlərinə aiddir. Məsələ, ondan ibarətdir ki, sənədə imza atan 3 ölkə islam dünyasında bir-biri ilə dominantlıq yarışında olublar. Ümumilikdə götürəndə Türkiyə və Səudiyyə arasında müxtəlif dövrlərdə gərginlik yaşanıb. Məsələn, 2017-ci ildə Səudiyyə Ərəbistanı Qətərə blokada tətbiq etdiyi zaman, Türkiyə Qətərə hərbi qüvvə göndərərək, Səudiyyənin addımlarına qarşı durmuşdu. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sözügedən saziş mövcud forması ilə bütün İslam dünyasını əhatə etmir. 3 ölkənin bir araya gəlib, müdafiə xarakterli sənədə imza atması ilə bağlı müxtəlif arqumentlər var”.

    Ekspertin sözlərinə görə, Məkkə sazişi müstəvisində İran faktoru önəm daşıyır:

    “Səuddiyyə ilə Pakistan arasında zatən 2025-ci ildə ayrıca "Pakistan-Səudiyyə Ərəbistanı Strateji İkitərəfli Müdafiə Müqaviləsi" adlı bir sənəd imzalanmışdı. Yaxın Şərqdəki gərginlik fonunda, onların müdafiə sazişinə imza atdıqları elə ilk gün, bu addımın birbaşa İrana qarşı hesablandığını bildirmişdim. Türkiyənin də bu sazişə qoşulması Səudiyyənin bir dövlət kimi qorunmasına xidmət edir. Bəli, Prezident Ərdoğan da sazişin digər ölkələrin üzvlüyünə açıq olduğunu qeyd edib. Lakin başqa dövlətlərin hansı şərtlərlə bu müqaviləyə qoşula biləcəyi hələ ki, sual altındadır. Çünki vaxtı gələndə bəzi dövlətlər alyansa üzv olduqlarına görə, öz lokal maraqlarından imtina etmək məcburiyyətində qalacaqlar. Misir də bu ittifaqa qatılsaydı, tam yerinə düşərdi. Məsələn, İranın ABŞ-nin hərbi bazalarını hədəf aldığı şəraitdə, Səudiyyənin daxil olduğu ittifaqa qoşulmağı risklər yarada bilər. Şübhəsiz ki, Türkiyə də bu amili nəzərə alıb”.

    R.Hafizoğlu onu da qeyd edib ki, Suriyanın alyansdan kənarda qalması, əməkdaşlığın kövrək olduğunu göstərir.

    “Çünkü Suriya və İsrail qarşıdurması məsələsi aktualdır. Misir və Əlcəzair kimi aparıcı dövlətlər Məkkə müqaviləsində yer almadıqca, bu alyansın geniş mənada ciddi bir geostrateji çəki kəsb etmədiyi qənaətindəyəm. Bilirsiniz, müxtəlif müsəlman blokları var. Türk Dövlətləri Təşkilatı da müsəlman bloku kimi qiymətləndirilə bilər. Müsəlman dünyasını təmsil edən, Ərəb ölkələrinin sammiti və Körfəz Əməkdaşlıq Şurası da var. Amma bunların hələ ki, heç birinin effektini görməmişik. Məkkə sazişinin də geniş çərçivədə ciddi nəticələr verəcəyinə inanmıram. İddialar var ki, ittifaq Hindistan-İsrail-Yunanıstan üçlüyünə qarşı yaradılıb. Amma bunlar əsassızdır. Çünkü Hindistanın Səudiyyə Ərəbistanı ilə olduqca yaxşı münasibətləri var. Qənaətimcə, ilkin mərhələdə baş verənlər iki əsas gücün - nüvə dövləti Pakistanın və NATO üzvü yeganə müsəlman ölkəsi Türkiyənin bir araya gələrək, Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək cəhdidir".

    #Türkiyə #İran #Səudiyyə Ərəbistanı #Pakistan #Rufiz Hafizoğlu #Məkkə Sazişi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    21 Avqust 2026 21:31

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    Heç bir halda təzyiq qarşısında boyun əyməyəcəyik - Məsud Pezeşkian

    21 Avqust 2026 18:46

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    Heç bir ölkəyə qarşı müharibəyə başlamamışıq və başlamayacağıq - İran

    21 Avqust 2026 18:18

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.