Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Türkiyə ilə Fələstin və Ukrayna mövzusunda ortaq yanaşırıq - Lavrov

    27 May 2025 15:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ilə Fələstin və Ukrayna mövzusunda ortaq yanaşırıq - Lavrov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə ilə Fələstin və Ukrayna məsələsində ortaq yanaşmamız var.

    AzerVoice xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvada keçirdiyi birgə mətbuat konfransında gündəmdəki regional və beynəlxalq mövzular müzakirə olunub.

    Nazir Fidan Fələstin məsələsində Moskva ilə ortaq mövqelərinin olduğunu vurğulayaraq, “Qəzza və İordan çayının qərb sahilində baş verənlər qəbuledilməzdir”, – deyə bildirib. Sergey Lavrov isə Ukrayna ilə danışıqların ikinci mərhələsi üçün yenidən Türkiyənin vasitəçiliyinə ehtiyac duya biləcəklərini qeyd edib.

    Lavrovun çıxışında diqqət çəkən əsas məqamlar bunlar olub:

    Ukrayna ilə mümkün sülh danışıqlarının növbəti mərhələsində Türkiyənin yenidən vasitəçi ola biləcəyi;

    ABŞ ilə münasibətlərdə hazırda daha birbaşa və açıq dialoqun mümkünlüyü;

    Rusiya-Ukrayna müharibəsinin Avropadakı sülh təşəbbüslərinə mənfi təsir göstərməsi;

    Mayın 9-da elan olunmuş atəşkəsə baxmayaraq, Ukraynanın Rusiya ərazisinə hücumlarını davam etdirməsi;

    Ukrayna tərəfindən enerji infrastrukturu, mülki obyektlər, məktəb və uşaq bağçalarının hədəf alınması;

    Qərbin bu hücumlara göz yumması və yalnız Rusiya tərəfinin hərbi obyektləri hədəf aldığını vurğulaması.

    Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları daha əvvəl Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilmişdi.

    #Türkiyə #Qəzza #Fələstin #Rusiya #Hakan Fidan #Ukrayna #Sergey Lavrov #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya və Türkiyə münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub

    23 İyul 2026 09:46

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

    22 İyul 2026 18:14

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57
    XƏBƏR LENTİ

    ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq paketi təsdiqləyib

    Rubio və Lavrov Manilada görüşüb

    ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    ABŞ və Səudiyyə nüvə sazişi imzaladı

    Husilər Səudiyyəyə məxsus iki neft tankerini vurub

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.