#Sergey Lavrov

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Tərəflər ikitərəfli əməkdaşlığı, Yaxın Şərqdəki son hadisələri və gərginliyin azaldılması istiqamətində diplomatik səyləri müzakirə ediblər. Qətər tərəfi bütün iştirakçıları dialoq və diplomatiyaya sadiq qalmağa çağırıb. Doha həmçinin ABŞ–İran Anlaşma Memorandumunun, o cümlədən Hörmüz boğazında sərbəst gəmiçiliyə dair müddəalarının icrasını dəstəklədiyini bildirib. Qətər regionda davamlı sülhə yönəlmiş bütün təşəbbüslərə dəstəyini bir daha ifadə edib.

ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır. Araşdırma İranın son pilotsuz uçuş aparatı hücumlarının yüksək dəqiqliyi ilə əlaqələndirilir. Reuters-in məlumatına görə, CIA obyektlərinin koordinatlarının ötürülməsi ehtimalı nəzərdən keçirilir. Oxşar iddialar daha əvvəl The Washington Post və CNN tərəfindən də yayımlanmışdı. Ekspertlər Rusiyanın peyk imkanlarının İrana üstünlük verə biləcəyini bildirirlər. Moskva isə bu ittihamları rədd edir. Məsələ ABŞ-Rusiya diplomatik təmasları fonunda diqqət mərkəzindədir.

Görüş zamanı tərəflər Ukraynadakı münaqişənin nizamlanması məsələlərini müzakirə ediblər. ABŞ Dövlət katibi vurğulayıb ki, Amerika Birləşmiş Ştatları sülh prosesində konstruktiv rol oynamağa hazırdır və bu münaqişənin həlli üçün yeni ideya və təkliflərin irəli sürülməsinin vacibliyini qeyd edib.

Asiya, Avropa və Şimali Amerikadan olan yüksək səviyyəli diplomatlar Filippinin paytaxtı Manilada keçirilən ASEAN Regional Təhlükəsizlik Forumunda bir araya gəliblər. Görüşdə Yaxın Şərqdə artan hərbi gərginlik, enerji təhlükəsizliyi və regional sabitlik əsas müzakirə mövzuları sırasında yer alır. Forumda ABŞ dövlət katibi Marko Rubio, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, həmçinin Çin, Yaponiya, Hindistan, Avstraliya, Böyük Britaniya və digər ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə Manila şəhərində görüşəcəyini açıqlayıb. Görüş Cənub-Şərqi Asiya Ölkələri Birliyinin nazirlər toplantısı çərçivəsində keçiriləcək. Tərəflərin Ukraynadakı müharibə və Fars körfəzi bölgəsindəki vəziyyəti müzakirə etməsi gözlənilir. Lavrov bu görüşün faydalı olacağını və qarşılıqlı sualların cavablandırılması üçün yaxşı imkan yaradacağını bildirib. Görüşün cümə axşamı səhər saatlarında baş tutacağı açıqlanıb. Rusiya son günlər ABŞ-nin İrana qarşı endirdiyi zərbələri sərt şəkildə tənqid edib. Analitiklər görüşün Moskva ilə Vaşinqton arasında dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edirlər. Danışıqların nəticəsi beynəlxalq gündəmdə diqqətlə izlənilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BƏƏ-li həmkarı Abdullah bin Zayed Al Nəhyanla telefonla danışıb. Nazirlər Fars körfəzindəki son vəziyyəti müzakirə ediblər. Tərəflər ABŞ ilə İran arasında dərhal atəşkəsin əldə olunmasının vacibliyini bildiriblər. Onlar hərbi qarşıdurmanın bölgədə təhlükəsizlik və sabitliyi təhdid etdiyini vurğulayıblar. Lavrov və Abdullah bin Zayed böhranın danışıqlar yolu ilə həllinə çağırıblar. Nazirlər ABŞ və İranın yenidən danışıqlar masasına qayıtmasını zəruri hesab ediblər. Telefon danışığı zamanı bölgədə gərginliyin azaldılması yolları da nəzərdən keçirilib. Rusiya və BƏƏ diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan və Rusiya bəzi istiqamətlər üzrə birbaşa aviareyslərin bərpasını planlaşdırır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla keçirdiyi görüşdən sonra açıqlama verib. O bildirib ki, 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzasından sonra tətbiq edilən məhdudiyyətlərin qüvvədə olduğu bəzi marşrutlar üzrə uçuşlar yaxın vaxtlarda bərpa oluna bilər. Nazir həmçinin Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının ilin sonunadək keçiriləcəyini bildirib. Bundan əvvəl isə sentyabr ayında Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş planlaşdırılır. Görüşdə nəqliyyat, iqtisadi əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək. Tərəflər müntəzəm təmasların davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Birbaşa reyslərin bərpası iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm addım hesab olunur.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarını tənqid edib. O bildirib ki, qarşıdurmanın yenidən başlaması diplomatik həll imkanlarını azaldır. Lavrov mülki infrastruktura zərər dəyməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, ABŞ-ın addımları sülh danışıqlarına mane olur. Rusiya rəsmisi Vaşinqtonun beynəlxalq razılaşmalara əməl etməsi ilə bağlı suallar qaldırıb. Açıqlama ABŞ-İran gərginliyinin davam etdiyi bir vaxtda verilib.