Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Hərb tarixi: Döyüş xronikası
    Hərb tarixi: Döyüş xronikası

    İsrailin hava zərbələri nəticəsində öldürülən iranlı liderlər kimlərdir?

    14 İyun 2025 05:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin hava zərbələri nəticəsində öldürülən iranlı liderlər kimlərdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran cümə günü İsrailin nüvə obyektlərinə, ballistik raket istehsalı zavodlarına və hərbi rəhbərliyə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində bir sıra yüksək rütbəli hərbçilərin və altı nüvə aliminin öldüyünü elan edib. Hücumların məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

    İranın rəsmi məlumatına görə, hücumlar nəticəsində Baş Qərargah rəisi, “Sepah” komandanı və raket bölməsinin rəhbəri də daxil olmaqla ən azı 20 yüksək rütbəli hərbçi həyatını itirib.

    Aşağıda öldürülən əsas komandirlər və alimlərin siyahısı təqdim olunur:

    Hüseyn Səlami

    1959-cu il təvəllüdlü Hüseyn Səlami, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) baş komandanı idi. O, 2019-cu ildə Ali lider Ayətullah Əli Xamenei tərəfindən bu vəzifəyə təyin olunmuşdu.

    Səlami 2009-cu ildən etibarən Sepahın komandan müavini olub və onun əsas vəzifəsi hərbi hazırlığın gücləndirilməsi, strateji idarəetmənin inkişafı və ideoloji möhkəmlik idi. O, İran-İsrail qarşıdurmalarında sərt mövqeyi və Qərbə qarşı açıq təhdidləri ilə tanınırdı.

    Məhəmməd Baqiri

    1960-cı ildə anadan olmuş Məhəmməd Hüseyn Əfşərdi (tanınmış adı ilə Məhəmməd Baqiri), İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi və 2016-cı ildən bu vəzifəni icra edirdi. O, daha öncə Sepah-ın kəşfiyyat idarəsində çalışmışdı.

    İran-İraq müharibəsi zamanı Sepah sıralarına qoşulmuşdu və o vaxtdan bəri İranın raket proqramının və pilotsuz uçuş aparatları texnologiyasının inkişafına rəhbərlik etmişdi. 2024-cü ilin aprelində İsrailə qarşı İranın birbaşa raket və dron hücumlarını koordinasiya edənlərdən biri idi.

    Əmir Əli Hacizadə

    Hacizadə, Sepah-ın hava-kosmik qüvvələrinin komandanı idi. O, İsrailə yönəlmiş hava hücumlarının əsas planlayıcısı və icraçılarından biri hesab olunurdu.

    2020-ci ildə o, ABŞ-ın Qasım Süleymanini öldürməsinə cavab olaraq İraqda yerləşən ABŞ bazalarına raket hücumlarından sonra səhvən vurulan Ukrayna sərnişin təyyarəsinə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

    Qulam Əli Rəşid

    Sepahın “Xatəmül-Ənbiyə” birgə əməliyyat qərargahının rəhbəri idi. Bu qərargah İran Silahlı Qüvvələrinin ən yüksək əməliyyat komandanlığı mərkəzi sayılır və Ali Lider Xameneinin birbaşa nəzarətində fəaliyyət göstərir.

    1980-ci illərdə İran-İraq müharibəsi dövründə “Ramazan” birliyinin qurulmasına qatılmış və bu struktur sonradan “Qüds Qüvvələri”nin əsasını təşkil etmişdi. O, həmçinin ABŞ tərəfindən 2019-cu ildən etibarən sanksiya siyahısına daxil edilmişdi.

    Fereydun Abbasi-Davani

    2011–2013-cü illərdə İran Atom Enerjisi Təşkilatına rəhbərlik etmiş və ölkənin nüvə proqramına dair dərin bilgiyə sahib olan sərt xətt tərəfdarı alim idi.O, 2020–2024-cü illərdə İran parlamentinin üzvü olub. 2011-ci ildə ona qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu.

    Məhəmməd Mehdi Tehranji

    İranın “Azad İslam Universiteti”nin rəhbəri və nüvə fiziki idi. O da cümə günü həyata keçirilən hücumlarda öldürülüb.

    Digər öldürülən nüvə alimləri:

    Əbdülhəmid Mənuşəhr

    Əhməd Rza Zülfüqari

    Əmir Hüseyn Fəqihi

    Mətləbzadə

    Bu şəxslərin hamısı İranın nüvə və raket proqramlarının inkişafında mühüm rol oynamış və beynəlxalq diqqətə səbəb olmuş fiqurlar idi.

    #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) #Məhəmməd Hüseyn Baqeri #Məhəmməd Baqeri #SEPAH komandirləri #ABŞ və SEPAH münasibətləri #Shahed-136 dronları #İran generallarına qarşı sanksiyalar #Həsən Baqeri və İran müharibə tarixi #Məhəmməd Baqerinin bioqrafiyası #İranın daxili təhlükəsizlik strategiyası #İslam İnqilabı Keşikçiləri Korpusu #İranın regional hərbi rolu #Əbdürrəhim Musəvi #Nüvə nəzarəti #Nüvə silahlarının yayılmaması #İsrail nüvə proqramı #Dimona nüvə reaktoru #İsrail və nüvə arsenalı #Nüvə qeyri-müəyyənliyi siyasəti #İslam dünyası və ərəb ölkələri #İki standart siyasəti #ABŞ və Qərb dövlətləri #Siyasi və hüquqi məhdudiyyətlər #Nüvə təhlükəsizliyi #Beynəlxalq hüquq və nüvə silahları #MAQATE-nin tənqidləri #Nüvə silahlarının regional təhlükəsi #Təbriz #Yüksələn Aslan əməliyyatı #Əli Şəmxani #Nətənz nüvə obyekti #ballistik raket bazaları #İsrail İran hücumu 2025 #Sepah komandirinin ölümü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nüvə obyektlərinə hücum qəbuledilməzdir - Rafael Qrossi

    10 İyul 2026 19:13

    Xameneinin qisasını alacağıq - SEPAH

    10 İyul 2026 14:56

    Mahmud Əhmədinejad Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edib

    6 İyul 2026 19:25

    Qərbi Azərbaycan ərazisində silahlı qrup zərərsizləşdirilib - İran

    30 İyun 2026 18:29

    SEPAH ABŞ ordusunun regiondakı hərbi bazalarını vurduğunu elan etdi

    27 İyun 2026 10:35

    İran Omanın Hörmüz boğazı üçün hazırladığı dəniz planını rədd etdi

    25 İyun 2026 10:39

    Trampdan İranla bağlı yeni bəyanat: “Ən yüksək səviyyəli nüvə nəzarətinə razılıq verilib”

    23 İyun 2026 16:39

    Rosatom: İranın nüvə proqramı üzrə “kompromis” çağırışı

    17 İyun 2026 21:06

    Bu gün onun ölüm günüdür - Məhəmməd Hüseyn Baqeri kimdir?

    13 İyun 2026 08:00

    Son hücumlar bölgədə yeni müharibənin başlanğıcı ola bilər?

    8 İyun 2026 19:50

    Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini bərpa edə bilər

    5 İyun 2026 16:41

    İranın İnqilabi Qvardiyası İsrailin Livandan çıxmaması halında bölgədə sülhün mümkün olmayacağını bildirib

    4 İyun 2026 19:41
    XƏBƏR LENTİ

    Romanovlar ailəsinin edamı: 300 illik imperiya sülaləsinin sonu

    Tarixdə bu gün - 16 İyul

    Rubio ifrat solçu terrorçuluqla bağlı beynəlxalq toplantı keçirəcək

    Qalibaf milli maraqlar üçün vahid mövqeyin vacibliyini vurğulayıb

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    Danışıqlar güzəştə getmək demək deyil - Qalibaf

    Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.