BAKI,VOA, Fərid Mikayılov
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ölkənin cənubundakı Sirik şəhərinə təşkil edilən hava hücumlarına cavab olaraq ABŞ ordusunun regiondakı dislokasiya məntəqələrini və hərbi mövqelərini vurduğunu elan edib.
VOA xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin bu addımı ABŞ-nin İran sahillərinə təcavüzünə qarşı qanuni misilləmə aktı olaraq həyata keçirdiyi bildirilib.
Böhrana səbəb Vaşinqtonun Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən kargo gəmisinə İranın müdaxiləsini bəhanə gətirərək Sirik şəhərindəki Taheruyi liman infrastrukturunu və radar müəssisələrini bombalaması olub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində İranın "M/V Ever Lovely" ticari gəmisinə PUA hücumu təşkil etdiyini bəyan edib.