#Əli Şəmxani

Şəmxani daha əvvəl İsrailin hücumlarında hədəf alınmışdı. O, evinə endirilən zərbədən sonra “möcüzəvi şəkildə xilas olduğu” bildirilmişdi. Son müsahibəsində isə 2020-ci ildə Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı keçmiş prezident Həsən Ruhaniyə “İslam İnqilabı Keşikçiləri Korpusu”nun məsuliyyətini dərhal çatdırdığını deyərək, Ruhani və Cavad Zərifin bəyanatlarını təkzib etmişdi. Buna cavab olaraq Ruhaniyə yaxın şəxslər Şəmxanini “daxili qarşıdurmanı dərinləşdirməkdə” günahlandırıblar. Ruhaniyə yaxın “Xəbər Online” mənbəsi videonun sızdırılmasında Ruhani komandasının iştirakını təkzib edib və “bu kampaniyalar milli birliyə qarşı yönəlib” deyib.

İran son günlərdə İsrailə qarşı birbaşa qarşıdurma vəziyyətində qalıb, çünki uzun illər ərzində bölgədə qurduğu vekalət mexanizmləri artıq effektivliyini itirib. HƏMAS, Hizbullah, husilər və İraq milislərinin zəiflədiyi bir şəraitdə İranın özünün açıq müharibəyə cəlb olunması gündəmdədir.