Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Bu gün onun ölüm günüdür - Məhəmməd Hüseyn Baqeri kimdir?

    13 İyun 2026 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün  onun ölüm günüdür  - Məhəmməd Hüseyn Baqeri kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İsrailin İrana hərbi hava hücumu nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri ölüb. Qeyd edək ki, 13 iyunda İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən SEPAH baş komandanı Hüseyn Salami ölüb.

    İsrailih hava hücümü zamanı ölən Məhəmməd Hüseyn Baqeri kimdir?

    Məhəmməd Baqeri (fars. محمد باقری‎), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.

    Məhəmməd Baqeri 1979-cu ildə mühəndislik fakültəsinin birinci kurs tələbəsi olarkən Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi aksiyasında iştirak edib.

    1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.

    O, siyasi coğrafiya üzrə doktorluq dərəcəsinə malikdir və hazırda Tehran şəhərində yerləşən İran Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı Ali Milli Müdafiə Universitetində siyasi coğrafiya üzrə dərs deyib.

    Baş Qərargah rəisi təyinatı

    28 iyun 2016-cı ildə İranın ali rəhbəri Ayətullah Əli Xamenei onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edib. Bu vəzifədə o, general Həsən Firuzabadini əvəzləyib.

    2016-cı ilin dekabrında İŞİD-ə qarşı aparılan mübarizə kontekstində Baqeri bildirib ki, Bağdadın süqutu halında İran, “Xilafət”in nəzarətində olan ərazilərə birbaşa müdaxilə etməyə hazırdır.

    Amerika Sahibkarlıq İnstitutu (AEI) tərəfindən aparılan tədqiqatlarda Məhəmməd Baqeri, Məhəmməd Əli Cəfəri, Əli Fədavi və Qülaməli Rəşid kimi yüksək rütbəli SEPAH komandirləri ilə birlikdə “SEPAH-ın Komandanlıq Şəbəkəsi”nin əsas üzvləri kimi təqdim olunub. AEI-nin “Təhlükəli Təhdidlər Layihəsi” çərçivəsində yayımlanan hesabatda qeyd olunur ki, bu şəbəkə İran Silahlı Qüvvələrinin yüksək rəhbərliyində dominant mövqedədir və hərbi planlaşdırma, əməliyyatlar, kəşfiyyat, gizli və qeyri-adi hərbi fəaliyyətlər, eləcə də ölkədaxili təhlükəsizlik üzərində nəzarətə malikdir.

    8 aprel 2019-cu ildə ABŞ, SEPAH-ı xarici terror təşkilatı elan edib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərara görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

    Bu qərara cavab olaraq general Məhəmməd Baqeri bəyan edib: “Biz ABŞ qüvvələrini Qərbi Asiyada terrorçu hesab edirik və onlar hər hansı bir hərəkət etsələr, ciddi şəkildə qarşılıq verəcəyik.”

    2022-ci il oktyabrın 21-dən etibarən Məhəmməd Baqeri, İranın Rusiyaya “Shahed-136” kamikadze dronlarını tədarük etməsi ilə bağlı Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb. Bundan əlavə, o, Avstraliya, İsveçrə və Yeni Zelandiya tərəfindən də sanksiya siyahısına salınıb.

    Məhəmməd Baqerinin böyük qardaşı Həsən Baqeri (1956–1983) SEPAH-ın İraqla müharibə dövründə tanınmış komandirlərindən biri olub və cəbhədə həlak olub.

    Milli mənsubiyyəti: azərbaycanlıdır.

    #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #Məhəmməd Hüseyn Baqeri #Məhəmməd Baqeri #İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi #İran generalları #SEPAH komandirləri #İran-İraq müharibəsi #İŞİD və İran müdaxiləsi #Ayətullah Xamenei təyinatları #İran siyasi coğrafiyası #SEPAH-ın Komandanlıq Şəbəkəsi #İranın hərbi kəşfiyyatı #ABŞ və SEPAH münasibətləri #Shahed-136 dronları #İran-Rusiya hərbi əməkdaşlığı #İran generallarına qarşı sanksiyalar #Həsən Baqeri və İran müharibə tarixi #İran və Qərbi Asiyada hərbi balans #Məhəmməd Baqerinin bioqrafiyası #İranın daxili təhlükəsizlik strategiyası #İranın regional hərbi rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirilib - SEPAH

    30 İyul 2026 16:23

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    23 İyul 2026 09:41

    Xameneinin qisasını alacağıq - SEPAH

    10 İyul 2026 14:56

    ABŞ hərbi gəmisinin İran sərnişin təyyarəsini vurmasından 38 il ötür - 290 nəfər həlak olmuşdu

    3 İyul 2026 03:00

    SEPAH ABŞ ordusunun regiondakı hərbi bazalarını vurduğunu elan etdi

    27 İyun 2026 10:35

    İran Omanın Hörmüz boğazı üçün hazırladığı dəniz planını rədd etdi

    25 İyun 2026 10:39

    İranın İnqilabi Qvardiyası İsrailin Livandan çıxmaması halında bölgədə sülhün mümkün olmayacağını bildirib

    4 İyun 2026 19:41

    Son 24 saatda Hörmüz Boğazından 35 gəmi keçib - SEPAH

    22 May 2026 14:58

    SEPAH ABŞ və İsrailə meydan oxudu

    20 May 2026 14:51

    ABŞ ağır nəticələrlə üzləşəcək - İran

    17 May 2026 19:29

    Tehran donanmasını itirir, lakin Hörmüz təhdidini saxlayır

    24 Aprel 2026 08:40
    XƏBƏR LENTİ

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    “Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.