#ABŞ və SEPAH münasibətləri

Müharibə zamanı İran Hərbi Dəniz Qüvvələri son onilliklərin ən ağır zərbəsini aldı: 150-yə yaxın hərbi dəniz vasitəsi sıradan çıxdı, yüzlərlə hərbçi həlak oldu. Ölənlər arasında Hörmüz boğazının bağlanması doktrinasının memarı sayılan "İnqilab Keşikçiləri Korpusu"nun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri və dəniz kəşfiyyatının rəhbəri Behnəm Rezai də var. Bu, sadəcə avadanlıq itkisi deyil, qeyri-ənənəvi dəniz müharibəsində qərar qəbul etmə və beyin mərkəzinə endirilən bir zərbə idi.

ABŞ Hərbi Dəniz Qüvvələri İranın hücum iddiaları fonunda “USS Abraham Lincoln” aviadaşıyıcısı ilə bağlı açıqlama verib. Bildirilib ki, martın 25-də Ərəb dənizində uçuş əməliyyatları zamanı gəminin heyət üzvlərindən biri xəsarət alıb. Hadisənin döyüş əməliyyatları ilə əlaqəli olmadığı və hərbçinin həyatına təhlükə yaratmadığı qeyd olunub.

İranın rəsmi xəbər agentliyi IRNA İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən "Sadiq vədə 4" əməliyyatının 14-cü dalğası ilə bağlı bəyanatını yayımlayıb. Bəyanatda Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ aviabazasının əsas komandanlıq və qərargah binasının 20 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hədəf alındığı bildirilib.Digər tərəfdən, Bəhreyndə sirenlər səslənib, hava hücumundan müdafiə sistemləri aktivləşdikdən sonra partlayış səsləri eşidilib.

Avstraliyanın xarici işlər naziri Penni Vonq cümə axşamı bildirib ki, ölkəsi İranın “İnqilab Keşikçiləri Korpusunu (SEPAH)” terrorizmi dəstəkləyən qurumlar siyahısına daxil edib. Bu qərar ölkənin kəşfiyyat xidmətinin SEPAH-ın Avstraliyada yəhudilərə qarşı hücumlar planlaşdırdığına dair gəldiyi nəticədən sonra verilib. Avqust ayında Avstraliya hökuməti İranı Sidney və Melburn şəhərlərində törədilən iki antisemit və qəsdən yandırma hücumunu təşkil etməkdə ittiham etmişdi. Rəsmi Kanberra həmin vaxt bu hücumları ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi.

Cəfəri televiziya müsahibəsində deyib ki, İran İsrailə qarşı “böyük zərbə” endirib və bu müddətdə İran xalqı “məğlubiyyət hiss etməyib”. O, qarşıdurmanı “müharibə” kimi səciyyələndirməyin səbəbi kimi müəyyən müharibə meyarlarının - atışma, əməliyyatların genişlənməsi və s- mövcudluğunu göstərib, amma eyni zamanda qeyd edib ki, qarşıdurma tammiqyaslı hərbi əməliyyatlara çevrilməyib: “Quru döyüşləri baş vermədi, Körfəzdə hərəkətlər məhdud idi; buna baxmayaraq həqiqi qarşıdurma və atışma oldu”.

Avstraliya hökuməti İranla diplomatik münasibətlərdə misilsiz addım atıb. Xarici işlər naziri Penni Vonq çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, İranın səfiri Əhməd Sadəqi və üç diplomat “arzuolunmaz şəxs” elan edilib və onlara ölkəni tərk etmək üçün yeddi gün vaxt verilib. Bununla yanaşı, Kanberra öz səfirini də Tehrandan geri çağırıb və səfirliyin fəaliyyətini dayandırıb.